SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 12 yaşlı məktəblinin ölümü araşdırılır - RƏSMİ

12 yaşlı məktəblinin ölümü araşdırılır - RƏSMİ

Tarix:

7-12-2017, 10:36

/ 1 071 dəfə oxundu.
12 yaşlı məktəblinin ölümü araşdırılır - RƏSMİ

Ailə, Qadın və Uşaq Məsələləriüzrə Dövlət Komitəsi Ağdaşda sakini 12 yaşlı İsmayıl Adıgözəlovun intiharı ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə Komitənin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova məlumat verib.

A.Veysəlova bildirib ki, Ağdaşdakı monitorinq qrupu ilə əlaqə yaradılıb:

“Bildiyiniz kimi, Komitənin hər bir rayonda monitorinq qrupu var. Qrupa bizim tərəfimizdən rəsmi müraciət olunub. Hazırda hüquq-mühafizə orqanları tərəfindən də araşdırmalar aparılır. Həmin rayonda olmasa da, qonşu rayondakı uşaq və ailələrə dəstək mərkəzin nümayəndələri ailə ilə görüşəcəklər. Görüşdən, həmçinin araşdırmalardan sonra məsələyə rəsmi açıqlama veriləcək”.

Qeyd edək ki, Ağdaşda 12 yaşlı məktəbli - 2005-ci il təvəllüdlü Adıgözəlov İsmayıl Çingiz oğlu dekabrın 3-də yaşadığı evin həyətindəki tövlədən özünü asaraq intihar edib.

Şərhlər

XƏBƏR LENTİ