“Mavi balina”nın qarşısını alın...” - 12 yaşlı İsmayılın intiharı ilə bağlı dövlət orqanlarına müraciət:
Azərbaycanda 12 yaşlı uşaq internetdə “Mavi balina” oyununa baxandan sonra özünü öldürüb.
Bunu AzNews.az-a açıqlamasında Ağdaş rayonun Ləki qəsəbəsinin ağsaqqallar şurasının sədri Misir Misirov 12 yaşlı məktəbli İsmayıl Adıgözəlovun intiharına münasibətində deyib.
“Atanın-anasının sevimlisi olub. Telefonda “Mavi balina” oyununa baxırmış. Gör nə qədər məcburiyyətə düşüb ki, atasından ayrılmaq qərarını verib. Hadisə olmamışdan öncə “Mən peyğəmbərin yanına gedirəm. Bacım gəlin köçəcək, oğlu olarsa, mənim adımı ona verin” - deyə mesay yazıb. Kağızı həyətə atıb, sonra özünü həyətdən asıb. Həmin anda anası paltar yuyurmuş, baxıb ki, həyətdə bir kağız var. Götürüb oxuyanda qışqırıb ki, İsmayıl intihar edəcəyini yazıb. Onu həyətdəki dəmir çardaqda ipdən asılı vəziyyətdə tapıblar. Baxıblar ki, nəfəsi var, amma nə qədər çalışsalar da həyatını xilas edə bilməyiblər”.
Misir Misirov qeyd edib ki, 12 yaşlı İsmayılın yazdığı məktub onun təhsil aldığı məktəbdə yoxlanılıb:
“Məktuba baxış keçirilib və məlum olub ki, İsmayılın öz xəttidir. Hər şey “Mavi balina” oyunundan başlayıb. O günü bizim efirlərin birində həmin oyun haqqında süjet gedirdi. Baxdım ki, evdə bütün uşaqlar oyunla maraqlanır... Bu faciə gətirən oyun heç kəsə lazım deyil. Müarciət edirik dövlət orqanlarına, internetdə “Mavi balina” oyununun qarşısını alsınlar. İmkan verməsinlər ki, körpə uşaqların həyatı pozulsun”.
Xatırladaq ki, Ağdaş rayonun Ləki qəsəbəsində intihar hadisəsi qeydə alınıb. Qəsəbə sakini, 2005-ci il təvəllüdlü İsmayıl Adıgözəlov yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var