XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Təhsil Nazirliyi bir problemi həll edə bilmir - NARAZILIQ

Təhsil Nazirliyi bir problemi həll edə bilmir - NARAZILIQ

Təhsil Nazirliyi bir problemi həll edə bilmir - NARAZILIQ
7-09-2017, 09:49

Artıq 4-cü dəfədir ki, Tovuz rayonu, Qovlar şəhərində yerləşən internat məktəbinin müəllimi Ramidə Hüseynova müəssisənin direktoru Eldar Səlimoğludan şikayət məktubu ünvanlayır. Təəssüf ki, problem həllini tapmır.

Təhsil Nazirliyinə ünvanlanan məktubdan sonra internat məktəbinə nümayəndə göndərilib. R.Hüseynovanın saytımıza göndərdiyi növbəti məktub da məhz nazirliyin fəaliyyəti və digər məqamlarla bağlıdır.

R.Hüseynova bildirib ki, şikayət məktubu yayıldıqdan sonra nəhayət ki, Təhsil Nazirliyinin nümayəndəsi internat məktəbə baş çəkib:

“Nümayəndə barışdırıcı mövqedə dayanmışdı. Şəxs kimliyini təqdim etmədən məktəbdaxili iclas çağırdı. İclasda iştirak edən heyətin 80 %-i texniki işçi, xadimə idi. Eldar müəllimin öncədən mənə qarşı hazırladığı ssenari nümayiş olundu. Pedaqoji heyət yekdilliklə Eldar müəllimin əleyhinədir. Eldar müəllimin bəzi əməllərini aşkara çıxardım və o, bunları etiraf etdi. Artıq bu məktəbə müdaxilə etmək müşkül məsələyə çevrilib. Baxmayaraq ki, riyaziyyat müəllimidir, ondan yaxşı iqtisadçı çıxardı. Həyat təcrübəmdən öyrənmişəm ki, hörümçək qurduğu tora özü düşür. Təhsil Nazirliyinin apardığı yoxlama məni qane etmədi, narazıyam”.

Cebhe.info

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.