SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Qovlardakı internat məktəbindən daha bir məktub – NAZİRLİK SUSUR

Qovlardakı internat məktəbindən daha bir məktub – NAZİRLİK SUSUR

Tarix:

15-08-2017, 09:31

/ 59 015 dəfə oxundu.
Qovlardakı internat məktəbindən daha bir məktub – NAZİRLİK SUSUR

Bir neçə gün əvvəl, Tovuz rayonu, Qovlar şəhərində yerləşən internat məktəbinin müəllimi Ramidə Hüseynova ünvanladığı məktubunda müəssənin direktoru Eldar Səlimoğludan şikayət etmişdi. Öncəki məktubda R.Hüseynova bildirib ki, məktəbin direktoru E.Səlimoğlu qanunsuz fəaliyyətlə məşğuldur, məqsədi yeyib-talamaqdır.

Adıçəkilən şikayətçi tərəfindən bu gün ünvanlanan məktubda bildirilir ki, internatda qanun pozuntuları və özbaşınalıq baş alıb gedir: “Prezident İlham Əliyev mətbuat işçilərinə böyük önəm verir. Prezident bu yaxınlarda da bildirdi ki, dövlət məmurlarından hər hansı birisi tabeliyində olan işçini incidərsə, bu haqda dərhal ona məlumat verilməlidir. Sözügedən Qovlar şəhər internat məktəbinin direktoru Hümbətov Eldar Səlim oğlu belə məmurlardan biridir. Eldar müəllim “baryer” yaradıb, elə “səngər” qazdırıb ki, özünü tam blokadaya alıb. Kimlərinsə vasitəsi ilə müxtəlif dövlət qurumlarına ünvanladığım şikayət məktubları əngəllənir. Bir müddət öncə Azərbaycan Respublikasının Baş Prokurorluğundan 27.07.2017-ci tarixində məktub və bidiriş əldə etdim. Sayta daxil olduqda yazıldı ki, ərizə qeydiyyata alınmayıb”.

Şikayətçinin iddiasına görə, əngəllər direktor tərəfindən yaradılıb: “Eldar müəllim qeyri-qanuni yolla ərizənin qeydiyyata alınmaması üçün yol tapıb. Bununla da Azərbaycan Respublikasının Baş Prokurorluğunun sərəncamına hörmətsizliyini nümayiş etdirib. Necə edim ki, çalışdığım internat məktəbində köklü şəkildə yoxlama aparılsın, Təhsil Nazirliyindən və Korrupsiyaya qarşı mübarizə idarəsindən yoxlama qrupu gəlsin?”

Cebhe.info

Şərhlər

XƏBƏR LENTİ