XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Burada yenilməzlər də var... - ŞİKAYƏT

Burada yenilməzlər də var... - ŞİKAYƏT

Burada yenilməzlər də var... - ŞİKAYƏT
8-08-2017, 10:26

Hörmətli redaksiya!
Mən 05.07.2017-ci il tarixində Qovlarda “Ata-bala internatı” haqqında şikayət məktubuma hələ cavab ala bilmədim.
Redaksiyaya yazmaqla bərabər 11.07.2017 tarixində Vitse Prezdentimiz Mehriban xanım Əliyevaya, Ramiz Mehdiyevə, Zakir Qaralova, Təhsil Nazirliyinə və Korrupsiyaya qarşı mübarizə idarəsinə öz şikayət məktubumu poçt vasitəsilə göndərmişəm. Lakin, Tovuz rayon Qovlar şəhəri nternat məktəbinin direktoru H.Eldar Səlimoğlu, qeyri-qanuni yolla bütün şikayət məktublarımı ünvanara çatdırılmasına mane olmuşdur.
Hümbətov Eldar deyirmişki, şikayət məktubu yazmaqla mənə mane ola bilməz, mən yenədirektor vəzifəsində qalıb işləyəcəm. Amma bu məktəbdə işini itirən müəllimə olacaqdır.
93- cü ildə Eldar müəllimin həyat yoldaşı Şölə xanım xəsəliklə bağlı təqaüdə çıxmışdır. Necə olduki, indi müəllim kimi işləyir.
İndiyə qədər yazdıqlarım Eldar müəllimin əməllərinin cüzi bir hissəsidir.
Hörmətli redaksiya! Sizdən xahiş edirəm ki, mənim yazdıqlarımı saytınızda yayımlayasınız. Mən bu haqsızlığa dözə bilmirəm. Qovlar şəhər internat məktəbində müəllim hüquqları tapdalanır. Mən görürəmki, vətəni sevməyən, vətənə xainlik edən və Dövlətin malını öz şəxsi malı hesab edərək mənimsəyən Eldar müəllimin “imperyası” daha da möhkəmlənir.
Mən Eldar müəllimin dövlətə qarşı etdiklərini ört- basır edən insalara “vətənxaini “adlandırıram.
Hörmətli Prezidentimiz İlham Əliyev Cənabları!
27 illik əmək fəaliyəti olan müəllimə kimi sizdən xahiş edirəm ki, Tovuz rayonun Qovlar şəhərində yerləşən internat məktəbinin kökündən yoxlanılmass üçün adiyyatı orqanlara göstəriş verəsiniz.
Ulu öndərimiz Heydər Əliyev Cənablarının təhsilə ayırdığı diqqət və qayğını ləyaqətli davamçısı kimi və Azərbaycanımızın bugündə dünya miqyasında təhsilə önəm verən, təhsilə böyük qayğı göstərən Ali Baş Komandamız İlham Əliyev Cənablarına üzümü tutub deyirəm.
Zati Aliləri! Mənim yazdığım sözlər bir sıravi müəllimənin harayıdır.
Sizin böyüklüyünüzü təhsilə olan böyük qayğınızı hərsaniyə hiss ederək və sıravi vətəndaş kimi sizing qayğınıza sığınaraq bu yazıyı sizə ünvanlayıram.
İmzamla təsdiq edirəm:
Tovuz rayon Qovlar şəhər internat məktəbinin müəllimi
Hüseyinova Ramidə

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.