SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Palata Yaşar Həsənovun korrupsiyasını ifşa etdi: “Azəristiliktəchizat”ın ləğvi gündəmdə...

Palata Yaşar Həsənovun korrupsiyasını ifşa etdi: “Azəristiliktəchizat”ın ləğvi gündəmdə...

Tarix:

1-08-2017, 09:33

/ 64 022 dəfə oxundu.
Palata Yaşar Həsənovun korrupsiyasını ifşa etdi: “Azəristiliktəchizat”ın ləğvi gündəmdə...

Əhalini qışda soyuqdan qıran, şikayətlərin ən çox olduğu qurumlardan birinin korrupsiyası ifşa edilib
Məlumata görə, Hesablama Palatası “Azəristiliktəchizat” ASC-nin fəaliyyətində nöqsanlar aşkarlayıb.
Məlum olub ki, Cəmiyyət tərəfindən proqnozların tərtibi zamanı əvvəlki ilin faktiki və cari ilin gözlənilən xərci, mal-material ehtiyatlarının anbar qalıqları müvafiq proqnozlaşdırmalarda nəzərə alınmayıb.
Cəmiyyətin öz istehsalı olan istilik enerjisinin plan maya dəyərinə daxil edilərək zərər artıq proqnozlaşdırılıb, anbarda qalığı olan malların təkrar alınması nəticəsində zəruri olmayan xərcə vəsait yönəldilərək səmərəsiz xərcə yol verilib.
Dövlət büdcəsindən ayrılan vəsaitdən (subsidiyadan) istifadə zamanı lüzumsuz xərclərə yol verilib, xərclər müvafiq sənədlərlə təsdiqlənmədiyi halda təhtəlhesab şəxslərin hesabından vəsait silinib.
2016-cı ilin sonuna "Azəristiliktəchizat” ASC-nin ödənilməmiş zərəri 117 mln. 283,066 min manata çatıb.
Yaşar Həsənov 8 ildir ki, “Azəristiliktəchizat” ASC-yə rəhbərlik edir və ölkəninin böyük şəhərlərinin «isidilməsindən» böyük pullar qazanır.
Dövlət başçısının sərəncamına əsasən “Azəristiliktəchizat” ASC əhalini qış aylarında fasiləsiz olaraq istiliklə təmin etməlidir.
Bu gün əhalinin ən çox şikayət etdiyi qurumlardan olan “Azəristiliktəchizat” ASC-də struktur islahatları gözlənilir. Cəmiyyətin strukturuna mərkəzi idarəetmə aparatı, 11 xidmət təsərrüfatı daxildir.
Eləcə də 2 Məhdud Məsuliyyətli Cəmiyyət, Bakı şəhəri üzrə 17 İstilik Sistemləri İstismar Sahəsi, 51 regional istilik təsərrüfatı idarələri, 5 Rayon istilik qazanxanası fəaliyyətdədir.
Məlumatda deyilir ki, ASC-nin MMC və xidmət təsərrüfatlarında birləşmə, ixtisar hazırlığı görülür. Əslində “Azəristiliktəchizat” ASC-nin “Azərsu” ASC-yə birləşdirilməsi aktualdır.
Əvvəllər də bu plan gündəmdə olsa da, nəticəsiz qalıb. İndi isə islahat paketi masa üzərindədir. Buna qədər isə qurum daxilində struktur islahatları planlaşdırılıb.
Azərbaycanda Açıq Səhmdar Cəmiyyətlərinin fəaliyyəti heç də ürəkaçan deyil. Bu qurumları daha çox pulsilən dəzgahlara bənzətmək olar.

Şərhlər

XƏBƏR LENTİ