SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Vədəndaşlar “Azəristiliktəchizat” ASC-nin xidmətindən imtina edir - FOTO

Vədəndaşlar “Azəristiliktəchizat” ASC-nin xidmətindən imtina edir - FOTO

Tarix:

9-12-2019, 13:05

/ 1 921 dəfə oxundu.
Vədəndaşlar “Azəristiliktəchizat” ASC-nin xidmətindən imtina edir - FOTO

Havaların soyuması ilə əlaqədar “Azəristiliktəchizat” ASC-nin mənzilləri lazımi səviyyədə istiliklə təmin etməməsi narazılıqlara səbəb olub.

Cebhe.info-ya müraciət edən Suraxanı rayon, Hövsan qəsəbəsinin sakini Almaz Məmmədova “Azəristiliktəchizat” ASC-nin xidmətindən imtina etdiyini bildirib.

Şikayətçi ərizə ilə “Azəristiliktəchizat” ASC-nin 12 saylı İstilik Sistemlərinin İstismar sahəsinə də müraciət etdiyini bildirib:

“Çoxsaylı şikayətlərimə baxmayaraq yaşadığım ünvanda - Hafiz Quliyev küçəsi bina 24, mənzil 14-də zamanında verilməyən istiliyə görə borc yazılıb. Mənzilə istilik verilməyibsə, niyə borc ödəməliyəm? Ərizə ilə müraciət edərək “Azəristiliktəchizat” ASC-nin xidmətindən imtina edirəm”.
Vədəndaşlar “Azəristiliktəchizat” ASC-nin xidmətindən imtina edir - FOTO

Şərhlər

XƏBƏR LENTİ