Havalar soyudu, yenə də “Azəristiliktəchizat” problem yaratmağa başladı... - GİLEY
Qış gəlir, istilik sistemləri yenə də gündəmdə olan məsələyə çevrilir.
Ölkədə fərdi istilik sistemlərinin quraşdırılması işləri çoxalıb.Məlumdur ki, mərkəzləşdirilmiş sistem şəklində işləyən “Azəristiliktəchizat”dan istilik xidmətləri almaq qiymət,xərc,daha sərfəli olmalıdır.
Amma əfsuslar olsun ki,reallıqda bu heç də həmişə belə deyil
Məsələn,Bolge.tv-yə şikayət edən Nərimanov rayonu, Teymur Əliyev küçəsi 50, 52 və digər binaların sakinləri bildirlər ki, “Azəristiliktəchizat”dan verilən istilik gündə 2-3 dəfə kəsilir.
Sakinlər bildirir ki, hətta 2 ay müddətində evdə olmadıqları müddətdə qazın hesabına kifayət qədər pul yüklədikləri halda soyuqlar düşən kimi qazları kəsilir. Bunun səbəbini öyrənəndə isə onlara bildirilir ki,siz limiti keçmisiz. Vətəndaşlar bildirir ki, “Azəristiliktəchizat”ın onları istiliklə normal təchiz etmədiyi üçün onlar artıq soyuqdan əziyyət çəkməyə başlayıblar.Əksəriyyətinin evlərində xəstə,körpə uşaqlar,yaşlı insanlar olan şikayətçi vətəndaşlar “Azəristiliktəchizat” in əlaqə telefonlarına zəng edib dərdlərini onlara demək istəsələr də göstərilən əlaqə telefonları bir qayda olaraq cavab vermir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?