SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakı Beynəlxalq Avtovağzalı sərnişinlərlə məzələnir - "...hara şikayət edə bilərəm?"

Bakı Beynəlxalq Avtovağzalı sərnişinlərlə məzələnir - "...hara şikayət edə bilərəm?"

Tarix:

26-07-2017, 10:32

/ 63 055 dəfə oxundu.
Bakı Beynəlxalq Avtovağzalı sərnişinlərlə məzələnir - "...hara şikayət edə bilərəm?"

Sosial şəbəkə istifadəçisi Səbinə Həsənova Bakı Avtovağzalından şikayətini bildirib.
İstifadəçi onlayn vasitəsilə Bakıdan Tbilisiyə bilet alıb:
“Kartımdan pul çıxıldı və əməliyyat sona kimi aparıldı.Kassaya gedib bileti götürmək istiyəndə ,biletin sistemə düşmədiyi bildirildi. Bu transaction kodla bilet olmadığını dedilər. Təsəvvür edin mən Bakıdan Tbilisiyə, Tbilisidən isə Ankaraya bilet almışam. Bakı -Tbilisi avtobusuna minə bilmədiyim üçün Tbilisi- Ankara biletim və çoxlu sayda planlarım də batır. Sabahısı gün Avtovağzalın nömrəsinə zəng elədim. Çox vecsizcəsinə cavab verdilər və 15 günə pulun geri qayıdacağını, qayıtmasa bankımla əlaqə saxlamağı bildirdilər. Mən bunların sistemlərindəki problemi niyə bankla həll etməliyəm?
Bankın bu məsələdəki yeri nədir? Başa düşə bilmirəm. Bir az da çox dərin suallar verəndə bir nömrə verdilər. Hansı ki, o nömrəyə neçə gündü zəng edirəm, düşə bilmirəm. Pulun geri qayıtması və ən əsası bunun məsuliyyətini daşıyan şəxsin cəzalanması, problemi görüb həll etməsi və başqalarının da mənim düşdüyüm vəziyyətə düşməməs üçün hara şikayət edə bilərəm?”.
Bakı Beynəlxalq Avtovağzalı sərnişinlərlə məzələnir - "...hara şikayət edə bilərəm?"
Bakı Beynəlxalq Avtovağzalı sərnişinlərlə məzələnir - "...hara şikayət edə bilərəm?"

Şərhlər

XƏBƏR LENTİ