XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıtdı

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıtdı

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıtdı
13-04-2023, 13:20

AZAL QSC-nin tərkibinə daxil olan “Buta Airways” aviaşirkətinin J2-9223 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi hava limanı ətrafındakı tufanla əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən  verilən məlumata görə, təyyarə yerli vaxtı ilə saat 10:56-da Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Tbilisiyə yola düşəcəklər.


XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.