SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Gəncə Dövlət Universiteti Moskvada Beynəlxalq Elmi Konfrans keçirəcək

Gəncə Dövlət Universiteti Moskvada Beynəlxalq Elmi Konfrans keçirəcək

Tarix:

20-01-2024, 13:17

/ 310 dəfə oxundu.
Gəncə Dövlət Universiteti Moskvada Beynəlxalq Elmi Konfrans keçirəcək

Gəncə Dövlət Universiteti Moskva Dövlət Mədəniyyət Universiteti və M. Utemisova adına Qərbi-Qazaxstan Dövlət Universiteti ilə birlikdə 13 aprel 2023-cü il tarixində Moskvada VIII Beynəlxalq elmi-praktik konfrans keçirmiş və Avropa və

Asiya dövlətləri içərisində Rusiyadan sonra ən çox dərc olunan elmi məqalə Azərbaycanın payına düşmüşdür. Konfransın dərc olunmuş materialları Moskva Dövlət Mədəniyyət Universitetinin internet sayıtı vasitəsi ilə yayımlanmışdır:

https://cloud.mail.ru/public/Muj8/4ane31Ha2

https://cloud.mail.ru/public/pNDb/JyjDB7t1U


Bunun davamı olaraq Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibovun şəxsi təşəbbüsü və rəhbərliyi ilə Gəncə Dövlət Universiteti yenə də həmin universitetlərlə birlikdə Moskvada 04 oktyabr 2023-cü il tarixində ikinci Beynəlxalq elmi-praktik konfrans keçirmişdir. Ümumrusiya Elm Festivalı çərçivəsində ELM 0+ “Artpedaqogika və artpsixologiya innovasiyalar əsrində” mövzusunda keçirilən Beynəlxalq elmi-praktik konfransda əsas məqsəd – mədəni irs və yaradıcılıq vasitəsi ilə şüura, insanın təlim prosesində fəaliyyətinə, şəxsiyyətin inkişafı və korreksiyasına təsir edən və pedaqogika, psixologiya və müxtəlif sənət növlərinin sintezi ilə bağlı problemlər müzakirə olunmuş, artpedaqogika və artpsixologiya sahəsində aparıcı rus, azərbaycan və digər xarici ekspertlərin məruzələri dinlənilmiş və tanınmış alimlərin ustad dərsləri keçirilmişdir.

Məruzələri çap üçün qəbul olunmuş respublikalar içərisində Azərbaycan Respublikası Gəncə Dövlət Universitetinin timsalında rekord göstərici ilə fərqlənmişdir: 14 məruzə. 2024-cü ilin başlanğıcından rektor professor Yusif Yusibovun yenə də bir başa rəhbərliyi ilə Gəncə Dövlət Universiteti xarici dövlət universitetləri ilə əlaqələrini daha da genişləndirmiş, Belarusiya Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə də elmi əməkdaşlığa başlamışdır.

Qarşılıqlı anlaşma əsasında Gəncə Dövlət Universiteti 16 aprel 2024-cü il tarixində Moskvada Moskva Dövlət Mədəniyyət Universiteti və Belarusiya Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə birlikdə “Pedaqogika və psixologiyanın aktual problemləri” adlı IX Beynəlxalq elmi-praktik konfrans keçirəcəkdir. Konfransın məqsədi müasir təhsilin metodoloji əsaslarını axtarmaq, iş təcrübəsini ümumiləşdirmək, ölkələrimizin peşə təhsili təşkilatlarının, ali təhsil təşkilatlarının professor-müəllim heyətinin pedaqoji, metodik və təlim-tərbiyə fəaliyyətində nəzəri və praktiki inkişafının inteqrasiyası və sistemləşdirilməsi problemlərinin müzakirəsindən ibarətdir.

Konfransın sədri – Moskva Dövlət Mədəniyyət Universitetinin pedaqogika və psixologiya kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor Tatyana Vitalyevna Kristidis, həmsədrlər Belarus Dövlət Mədəniyyət və İncəsənət Universitetinin psixologiya və pedaqogika kafedrasının müdiri, pedaqoji elmlər doktoru, dosent İrina Aleksandrovna Malaxova və Gəncə Dövlət Universiteti Pedaqogika kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor Şahin Tağı oğlu Tağıyevdir. Konfrans barədə geniş məlumat Moskva Dövlət Mədəniyyət Universitetinin internet sayıtında verilmişdir.

Şərhlər

XƏBƏR LENTİ