XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Bu universitetdə müəllimlərin maaşı artırıldı

Bu universitetdə müəllimlərin maaşı artırıldı

Bu universitetdə müəllimlərin maaşı artırıldı
27-11-2023, 17:51

24 noyabr 2023-cü il tarixində Gəncə Dövlət Universitetinin  Elmi Şurasının növbəti iclası keçirildi.   


Elmi Şuranın qərarı ilə 2024-cü il yanvarın 1-dən universitetin professor - müəllim heyətinin maaşlarının 10 faiz artırılması barədə qərar qəbul olunub. GDU-nun rektoru, professor Yusif Yusibov  bununla bağlı əmr imzalayıb. 

Rektorun əmrinə əsasən, yanvarın 1-dən professor-müəllim heyətinin maddi rifah halının yaxşılaşdırılması məqsədi ilə əmək haqları 10 faiz qaldırılıb.Rektor Yusif Yusibov çıxış edərək bildirdi ki, universitet əməkdaşlarının maddi - rifahının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Yaxın vaxtlarda yenə də maaşlar mərhələli şəkildə artırılacaq

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.