Ali təhsil sistemində islahatlar çərçivəsində Azərbaycanın 2 məşhur universiteti – Bakı Slavyan Universiteti və Dövlət Dillər Universiteti birləşdiriləcək. Bu barədə təhsil sistemindəki mənbələrdən məlumat daxil olub.
Mənbənin məlumatına görə, əcnəbi dillər üzrə kadrlar hazırlayan ali məktəblərin birləşdirilməsi nəzərdə tutulur: Birləşmiş universitetə rəhbərliyin Dövlət Dillər Universitetinin rektoru Kamal Abdullaya tapşırılacağı gözlənilir.
Yada salaq , K.Abdulla 2000-2014-cü illərdə Bakı Slavyan Universitetinin rektoru olub. 2014-cü ildən bu ilin iyunun 1-ə qədər Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri vəzifəsində çalışıb. Azərbaycan prezidentinin 1 iyun 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan Dillər Universitetinin rektoru təyin edilib.
Bir sözlə, hər iki kollektivi birləşdirmək və idarə etmək K.Abdulla üçün çox da çətin olmayacaq – birinə 14 il rəhbərlik edib, birinə də hazırda rəhbərlik edir.
istiqlal.az