SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Dünya universitetlərinin reytinqi: BDU “zirzəmi”də (SİYAHI)

Dünya universitetlərinin reytinqi: BDU “zirzəmi”də (SİYAHI)

Tarix:

2-03-2019, 18:20

/ 1 497 dəfə oxundu.
Dünya universitetlərinin reytinqi: BDU “zirzəmi”də (SİYAHI)

Dünyanın nüfuzlu təhsil saytı URAP (University Ranking by Academic Performance) 2018-2019-cu tədris ili üçün ali məktəblərin dünya üzrə reytinqlərini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, 2500 üniversitetin yer aldığı siyahıya Azərbaycandan cəmi bir ali məktəb – Bakı Dövlət Universiteti düşüb. Olduqca qabarıq siyahıda BDU ən sonlarda, 2452-ci sırada qərarlaşıb və B kateqoriyasında yer alıb.

Siyahının ilk onluğu isə belədir.

1. Harvard Universiteti
2. Toronto Universiteti
3. Oksford Univeriteti
4. Stanford Universiteti
5. London Kollec Universiteti
6. Cons Hopkins Universiteto
7. Kembrig Universiteti
8. Massaçusets Texnologiya İnstitutu
9. Miçiqan Universiteti
10. Vaşinqton Universiteti

URAP-ın qiymətləndirmə meyarlarının əsasını universitetin elmi nailiyyətləri, bu işlərin beynəlxalq aləmdə tanınması, sitatların indeksi və tədqiqat nəticələrin keyfiyyəti təşkil edir.

Qeyd edək ki, son illərdə BDU URAP-ın siyahısında xeyli geriləyib. Belə ki, 2015-2016-c ilin nəticələrinə görə 1872-ci pillədə, ötən ilin nəticələrinə görə isə 2367-ci sırada idi.

Siyahının tamamına buradan baxa bilərsiniz: http://www.urapcenter.org/2018/world.php?q=MS0yNTAw

Şərhlər

XƏBƏR LENTİ