XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Lider TV-də 3 aydır ki, maaş verilmir - NARAZILIQ VAR

Lider TV-də 3 aydır ki, maaş verilmir - NARAZILIQ VAR

Lider TV-də 3 aydır ki, maaş verilmir - NARAZILIQ VAR
21-07-2017, 10:05

Lider TV-nin əməkdaşları üç aydır ki, maaş ala bilmir.

Kanaldakı mənbənin verdiyi məlumata görə, yay mövsümü ilə əlaqədar məzuniyyətə çıxan əməkdaşlar may ayından sonra maaş almayıblar. Məlumat üçün bildirək ki, televiziyanın reklam gəlirləri və sponsorlarında azalma müşahidə olunmayıb.

Məlumata görə, telekanal işçiləri buna etiraz olaraq verilişlərin sosial şəbəkədəki rəsmi hesablarını da bağlayıblar.

Yeni mövsümdən etibarən hansı verilişlərin yayımlanacağı və aparıcıların kim olacağı məlum deyil.

Məsələylə bağlı telekanalın direktor müavini Lamiyə Ələkbərova ilə əlaqə saxlamağa cəhd etsək də, o telefonlara cavab verməyib.

AZXEBER.COM

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.