Lider TV-dən ayrılan aparıcıya vəzifə verildi
"Lider” televiziyasında direktor müavini vəzifəsində çalışan və bu yaxınlarda öz istəyi ilə işdən ayrılan Lamiyə Ələkbərovaya yeni vəzifə verilib.
Aparıcı İctimai Televiziyada (İTV) Musiqi-Əyləncə və Xüsusi Layihələr Departamentinin rəhbəri vəzifəsinə təyin edilib. Lamiyə xanım bu gündən etibarən kanalda vəzifəsinin icrasına başlayıb. Məsələ ilə bağlı münasibət öyrənmək üçün L.Ələkbərova ilə əlaqə saxlamağa çalışdıq. Onun telefonları şəbəkə xidməti xaricində idi.
Xatırladaq ki, L.Ələkbərova 22 ildir televiziya sahəsində çalışır. O, ilk addımlarını dövlət televiziyası olan AzTV-də atıb və 11 il orada çalışdıqdan sonra "Lider TV”-də işə başlayıb. L.Ələkbərova "Lider TV”-də də 11 il çalışıb. O, "Həyat tərzi” verilişinin müəllifi və aparıcısı olub.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır