XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Stadionun ortasında ev tikirlər - Qusarda + Video

Stadionun ortasında ev tikirlər - Qusarda + Video

Stadionun ortasında ev tikirlər - Qusarda + Video
20-06-2017, 16:57

Qusarın 3 minə yaxın əhalisi olan Urva kəndində cəmi 2 stadion var. Hazırda fəaliyyət göstərən stadionun ərazisinə ev tikilməsi üçün tikinti materialları boşaldılıb. Sakinlər isə bu vəziyyətdən narazılıq edirlər.
Urva kəndində fəaliyyət göstərən digər stadion sürüşmə nəticəsində yararsız vəziyyətə düşüb. Bu səbəbdən sakinlər uzun illərdir ki, sözügedən idman meydançasından istifadə edirlər.
Mövzu ilə bağlı Urva Kənd Bələdiyyəsinin sədri Ramin Tarıquliyev açıqlama verib:
"1998-ci ildə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən imzalanan sərəncamla 20 sot torpaq sahəsi ayrılıb vətəndaş üçün. Bura idman meydançası kimi qalsın deyə".
Stadionda ev tikən Eynulla Yaqubovun oğlu ilə telefon əlaqəsi yaradılıb.
Cərulla Yaqubov həmin ərazinin onlara aid olduğunu, kəndin digər bir yerində onlara torpaq verilmədiyini bildirib: "Məhkəmə qərarına qədər hər şey var. İmzalı, möhürlü, adamın ağlına gələ biləcək bütün sənədlər var".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.