XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » İş adamının sponsoru olduğu stadion BƏRBAD VƏZİYYƏTDƏ - FOTO

İş adamının sponsoru olduğu stadion BƏRBAD VƏZİYYƏTDƏ - FOTO

İş adamının sponsoru olduğu stadion BƏRBAD VƏZİYYƏTDƏ - FOTO
9-09-2020, 15:39

Ötən il təmir işləri yarımçıq dayandırılan Qazax Şəhər Stadionu bərbad vəziyyətə düşüb.

Unikal.org-un əldə etdiyi məlumata görə, rayon icra hakimiyyəti tərəfindən stadionun təmir edilməsi ilə bağlı tapşırıq verilsə də, nə stadion rəhbərliyi, nə də aidiyyatı qurumlar buna məhəl qoyur.

Stadion rəhbərliyi arenanın təmir olunduğunu bildirsə də, ərazidə təmirdən əsər-əlamət görünmür. Sakinlər bildiriblər ki, bu vəziyyət rayonda futbolun inkişafına da mənfi təsir edir. Onlar qeyd edirlər ki, stadionun daxil olduğu Qazax İdman və Sağlamlıq Komleksinin tərkibində mehmanxana, güləş zalı, üzgüçülük hovuzu, trenajor zalı, yüngül atletika bölmələri olsa da, yalnız bərbad durumda olan meydança fəaliyyət göstərir.

Qeyd edək ki, stadionun sponsorluğu iş adamı, "Turan Bank"ın sahibi Məmməd Musayevə məxsusdur.
İş adamının sponsoru olduğu stadion BƏRBAD VƏZİYYƏTDƏ - FOTO



XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.