"Məhsul” stadionu BAĞLANDI
Yasamal Rayon İcra Hakimiyyətindən verilən məlumata əsasən, paytaxtın Yasamal rayonu, İdman-Sağlamlıq Kompleksində (“Məhsul” stadionu) və ətraf ərazidə əsaslı təmir və tikinti işləri başlanıb.
Yasamal rayonunun mərkəzində yerləşən və son illər ərzində təmirsiz qalan azsaylı idman məkanlarından biri olan bu stadion artıq uzun illərdir ki, əsaslı təmir aparılmaması, baxımsız qalması səbəbindən pis vəziyyətə düşmüşdür. Buna görə burada hər hansı idman tədbirlərin keçirilməsi mümkünsüz olmuş, stadion gecə saatlarında tüfeyli həyat tərzi keçirən şəxslərin yığılma yerinə çevrilmiş və bu da ətraf binalarda yaşayan sakinlərin narazılığına səbəb olub.
Sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq, həmçinin stadionun müxtəlif idman yarışları üçün yararlı vəziyyətə salmaq, burada idman qurğularını, ot örtüyünü yeniləmək məqsədilə Yasamal rayonu, İdman-Sağlamlıq Kompleksində (“Məhsul” stadionu) əsaslı təmir işlərinə başlanıb.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb