XalqXəbər.Az

XalqXeber.Az » Bölgə » Gəncə sakini Prezidentdən kömək istəyir... - Yerlərdə şikayətə baxılmırsa...

Gəncə sakini Prezidentdən kömək istəyir... - Yerlərdə şikayətə baxılmırsa...

Gəncə sakini Prezidentdən kömək istəyir... - Yerlərdə şikayətə baxılmırsa...
2-02-2021, 09:53

Gəncə şəhər, Atatürk prospekti 197, bina 1, mənzil 127 ünvanında yaşayan Bayram Cəfərov “Gözətçi”yə göndərdiyi şikayətində bildirib ki, azyaşlı övladına əlilik pensiyası ala bilmir.

“Qızım Aysel Cəfərova ağır dərəcəli kəllə – beyin travması alıb, psixi xəstə vəziyyətinə gəlib. Müayinə və müalicəsini vaxtı – vaxtında etməyə imkanım yoxdur.”

Bayram Cəfərov qızına əlillik pensiyası təyin edilməsi üçün lazimi sənədləri və xəstəlik epikrizini Gəncə şəhər Ruhi Əsəb Dispanserinə təqdim edib. Ancaq dispanserdən Sevil həkim sənədləri elektron qaydada göndərməkdən imtina edib və bunun yalnız mart ayında mümkün olacağını bildirib.

Bayram Cəfərov deyir, səbəbini soruşduqda isə dispanserin həkimi başqa əlavə məlumat verməyib.

Şikayətçi məsələ ilə bağlı prezidentə də müraciət ünvanlayıb.

Qeyd edək ki, Bayram Cəfərov özü də əlildir, ailəsini aldığı pensiya ilə dolandırır.

Qarşı tərəfin mövqeyini dərc etmək üçün Gəncə şəhər Ruhi Əsəb Dispanseri ilə əlaqə saxlamaq mümükün olmadı.

[xfvalue_elave] XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.