XalqXəbər.Az

XalqXeber.Az » Bölgə » Gəncədə də eyni bəhanələr qüvvədədir... - BÜROKRATİYA...

Gəncədə də eyni bəhanələr qüvvədədir... - BÜROKRATİYA...

Gəncədə də eyni bəhanələr qüvvədədir... - BÜROKRATİYA...
28-11-2020, 14:09

Gəncə şəhər, Atatürk pr.-197, bina 1, mənzil 78 ünvanında yaşayan Qəmər Xalid qızı Şamilova ünvanlı sosial yardım almaqda çətinliklə qarşılaşıb. Bu ailəyə ünvanlı sosial yardım verilməsində heç bir problem yoxdur, sadəcə Qəmər Şamilova e-sosial.az saytına onlayn müraciət edərkən onun adına olan pay torpağının sənədləri tələb olunub.

DİA.AZ-ın məlumatına görə, ancaq həmin torpağın sənədləri bir ildən artıqdır ki, alqı – satqı şəklində verilərək Qəmər Şamilovanın adından çıxarılsa da, sistemdən silinməyib. O, dəfələrlə, Əmlak Komitəsinə və Dövlət Sosial Müdafiə Fonduna müraciət etsə də, onun bu problemi öz həllini tapmayıb.

Qəmər Şamilova həyat yoldaşından ayrılıb və onun himayəsində bir əlil övladı var. O, ailəsini uşağının pensiyası ilə dolandırır və övladına dərman almaqda çətinlik çəkir. Qəmər Şamilova bununla bağlı Dövlət başçısına da müraciət edib...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.