Gəncə DMSF-də 2-ci qrup əlili incidirlər...
2-ci qrup əlil Elnur Hüseynov pensiyaya sənədlərinin gecikdirilməsindən şikayətlənir. DİA.AZ bildirir ki, bu barədə, narazı vətəndaş şikayət məktubunda bildirib.
Gəncə şəhər, Üzeyir Hacıbəyov küçəsi dalan 3, ev 4-də yaşayan Elnur Arif oğlu Hüseynov Kəllə və beyin travmasından sonra şəxsiyyət dəyişkənliyi və psixopatabənzər davranış diaqnozu ilə Gəncə şəhər Ruhi Əsəb Dispanserində 1980-ci ildən qeydiyyatdadır, 2014-cü ildən isə əlilliyinə görə pensiya alır.
Elnur Hüseynov bildirir ki, hər 5 ildən bir tibbi komissiyadan keçmək üçün Gəncə şəhər Ruhi Əsəb Dispanserə müraciət edir və Psixiatriya xəstəxanasından aldığı epikrizi ora təqdim edir. Ancaq dispanserin baş həkimi Tərlan Hüseynova onun sənədlərini Nazirliyin TSERAS sisteminə göndərməkdən yayınır, gələn il göndərəcəyini deyib. O, dəfələrlə sənədlərinin göndərilməsini israr etsə də, nəticəsi olmayıb.
Elnur Hüseynov deyir ki, əlilliyinə görə onu heç bir yerdə işə götürmürlər. Pandemiya dövründə yalnız pensiya ilə dolanan bir insanın hansı problemlərlə üzləşdiyini isə təsəvvür etmək elə də çətin deyil.
Elnur Hüseynov bu problemi ilə bağlı dövlət başçısına da rəsmi müraciət edib.
Qarşı tərəin mövqeyini dərc etməyə hazırıq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...