SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Niyazi Bayramovun geridə qoyduğu şübhəli izlər - Hüquqi araşdırma TƏLƏB EDİR

Niyazi Bayramovun geridə qoyduğu şübhəli izlər - Hüquqi araşdırma TƏLƏB EDİR

Tarix:

11-07-2020, 12:04

/ 1 517 dəfə oxundu.
Niyazi Bayramovun geridə qoyduğu şübhəli izlər - Hüquqi araşdırma TƏLƏB EDİR

Gəncə şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi abadlıq-quruculuq işlərininin aparılması (1), eləcə də xüsusi geyim formasının satın alınması (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə dünən yekun vurub.Vahid dövlət satınalmaları portalında yerləşdirilmiş məlumatlara görə, tenderlərin qalibi müvafiq olaraq “Ərdagı” və “LK Machinery” MMC-lərdir.Qalib şirkətlərə müvafiq olaraq 3,175 milyon manat və 28,476 milyon manat, ümumilikdə isə 31,651milyon manat ödəniləcək.

Aktualinfo.org bir müddət əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyiinin keçirdiyi tenderlərlə bağlı geniş məqalə yaymışdı.Xatırlatmaq istərdik ki,Gəncədə abadlıq-quruculuq, avtomobil yollarının əsaslı təmiri və şəhərin küçələrinin işıqlandırılması işlərinə 2020-ci ildə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi “ƏRDAGI” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 7 milyon 145 min manat məbləğində müqavilə bağlanıb.

Amma Gəncə şəhər İcra Hakimiyyətinin rəsmi internet portalında yerləşdirilmiş məlumata görə 04.06.2020-ci ildə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov abadlıq işlərinin aparıldığı Şah İsmayıl Xətai və Nizami Gəncəvi prospektləri, habelə Məmməd Xələfov küçəsində olub. Burada işlərin gedişatı ilə maraqlanıb. Adıçəkilən ərazilərdə çoxmənzilli binaların həyətləri abadlaşdırılır, yol kənarındakı yaşıllıq zolaqları yenilənir, qazon səpilir. Ağaclara aqrotexniki qulluq göstərilir, yola tərəf əyilərək yol nişanlarının qarşısını kəsən budaqlar budanır. Bununla yanaşı səkilərdə səligə-səhman yaradılır, yeni bardür daşları düzülür, ehtiyac olan hissələrin asfalt örtüyü bərpa edilir. Məmməd Xələfov küçəsinə də yeni asfalt örtüyü çəkilir. Əraziyə Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xeyli sayda canlı qüvvəsi və texnikası cəlb olunub.

Diqqət yetirirsinizmi? Tenderin qalibi olan,dövlət vəsaiti alan“ƏRDAGI” MMC, ərazidə işə cəlb olunanlar isə Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xeyli sayda canlı qüvvəsi və texnikası.Bunu necə başa düşmək olar?

Keçək Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 28475760 manat dəyərində tenderin qalibi elan etdiyi “LK MACHINERY” Məhdud Məsuliyyətli Cəmiyyətinə.Bu MMC ətrafında da apardığımız araşdırmalarda da maraqlı məsələlərlə qarşılaşdıq.Belə ki,MMC nin qanuni təmsilçisi Həsənova Leyla Şahin qızının adına 3 daha belə MMC var

“LK MACHINERY” Məhdud Məsuliyyətli Cəmiyyəti. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 20.04.2017-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ak.Həsən Əliyev, ev 79/2, m. 50-də yerləşir.

“LK LOGISTIC” Məhdud Məsuliyyətli Cəmiyyəti. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 20.04.2017-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ak.Həsən Əliyev, ev 79/2, m. 50-də yerləşir.

“LK SERVICE” Məhdud Məsuliyyətli Cəmiyyəti. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə,Sumqayıt şəhərində, 2 saylı Ərazi Vergilər Baş İdarəsində 20.04.2017-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ak.Həsən Əliyev, ev 79/2, m. 50-də yerləşir.

“LK STANDART” Məhdud Məsuliyyətli Cəmiyyəti. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 20.04.2017-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ak.Həsən Əliyev, ev 79/2, m. 50-də yerləşir.

Bu MMC-lərin fəaliyyət sferası barəddə heç bir məlumat əldə edə bilmədik.Lakin “LK MACHINERY” MMC-nin yumşaq inventarın alınması üzrə 2019-2020 ci illərdə Bakı Xoreoqrafiya Akademiyyasının keçirdiyi iki tenderin qalibi olması və ayrı ayrılıqda 198680 manat dəyərində işi öhdəsinə götürməsi barədə məlumatlar var.

“LK LOGISTIC” MMC isə yenə də Bakı Xoreoqrafiya Akademiyyasının yumşaq inventarlar (balet və rəqs geyimləri) alınması üzrə 2019-2020 ci illərdə iki tenderin qalibi olub və ayrı ayrılıqda 56650 manat dəyərində işi öhdəsinə götürdüyü bəlli oldu.Ümumilikdə isə Bakı Xoreoqrafiya Akademiyyası bir il ərzində yumşaq inventarlar (balet və rəqs geyimləri) alınması üçün MMC-lərin hesabına 510 660 manat vəsait köçürüb.

Bunlardan əlavə adları çəkilən bütün MMC-lərin adı 01.07.2020-ci il məlumatlarına görə Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkdiyinə görə muzdlu işçilərinə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahısında yer alıb.

Qeyd edək ki,bir gün ərzində dövlət qetdiyyatına alınan bu MMC-lər ayrı bir məqalənin mövzusudur.Bizi bir mətbuat orqanı olaraq düşündürən Gəncə şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xüsusi geyim formasının satın alınmasına ayırdığı vəsaitdir.Maraqlıdır görəsən şəhər İcra Hakimiyyəti bu geyimləri bütün Gəncə sakinləri üçün alır,yoxsa Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işçiləri üçün.Qeyd edək ki,Gəncə şəhərinin əhalisinin sayı 01.01.2020-cI il tarixə olan məlumata görə 335,6 min nəfərdir.Bəs görəsən Gəncə şəhər İcra Hakimiyyətinin tender yolu ilə ayırdığı 28475760 manata bütün sakinləri başdan ayağa geyindirdikdikdən sonra nə qədər pul qalar? Çox istərdik Niyazi Bayramov bu sualımızı cavablandırsın.

Şərhlər

XƏBƏR LENTİ