XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Gəncədə tender əməliyyatı: - 32 milyonluq satınalmanı qazanan hansı məmurun şirkətidir?

Gəncədə tender əməliyyatı: - 32 milyonluq satınalmanı qazanan hansı məmurun şirkətidir?

Gəncədə tender əməliyyatı: - 32 milyonluq satınalmanı qazanan hansı məmurun şirkətidir?
10-07-2020, 15:24

Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi abadlıq-quruculuq işlərininin aparılması və xüsusi geyim formasının satın alınması toplam dəyəri 31 650 470.26 AZN olan 2 müqavilə imzalayıb.

Yenisabah.az xəbər verir ki, müqavilələr “Ərdağı” MMC (3174710.26 AZN) və "Lk Machinery” MMC (28 475 760 AZN) ilə bağlanıb.

İqtisdiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Ərdağı” MMC 10 dekabr 1992-ci ildə yaradılıb. Nizamnamə kapitalı 10.6 AZN olan MMC-nin hüquqi ünvanı Gəncə şəhəri “Asfaltzavod”da yerləşir. Şirkətin qanuni təmsilçisi isə Məmmədov Nazim Fuad oğludur.

"Lk Machinery” MMC 20 aprel 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsi, ev 79/2, mənzil 50-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Həsənova Leyla Şahin qızıdır.

Hər iki MMC və sahibləri barədə açıq mənbələrdə hər hansı məlumat yoxdur. Qeyri-rəsmi məlumatlara görə, “Ərdağı” MMC Gəncənin məmurlarından birinin nəzarətindədir. Bu şirkətin tez-tez milyonluq tenderlərin qalibi olmasının səbəbi də bununla izah edilir.

***

Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, 3 milyon 174 min 710 manat 26 qəpik dəyərində tender müsabiqəsinin qalibi “Ərdagı” MMC olub. “Ərdagı” MMC Gəncə şəhərində abadlıq-quruculuq işləri görəcək.
Qeyd edək ki, son 3 ay ərzində “Ərdagı” MMC ilə Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi arasında 3 tender müqaviləsi imzalanıb. 04.05.2020-ci il tarixində “Ərdagı” MMC Gəncə şəhərində yolların təmiri üçün Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyilə 3 milyon 970 min 850 manat 36 qəpik dəyərində müqavilə imzalayıb. 03.07.2020-ci il tarixində isə “Ərdagı” MMC Gəncə şəhərində D. Qorqud, Niyazi və S. Bəhlulzadə küçələrində yolların əsaslı təmiri üçün Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyilə 859 min 424 manat 66 qəpik dəyərində müqavilə imzalayıb.
Onu da bildirək ki, 1992-ci ildə dövlət qeydiyyatına alınan “Ərdagı” MMC -nin nizamnamə kapitalı 10 manat 60 qəpik təşkil edir. “Ərdagı” MMC-nin Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyilə bağladığı tender müqavilələrindən başqa bu MMC barədə açıq internet resurslarda heç bir məlumata rast gəlmək mümkün deyil.
Məlumat üçün onu da qeyd edək ki, Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin “The First Holding” MMC adlı şirkət ilə də tender müqaviləsi imzalayıb. Müqavilənin şərtlərinə görə, “The First Holding” MMC Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə 77 min 974 manat 40 qəpik dəyərində təsərrüfat malları və 80 min 147 manat 96 qəpik dəyərində avtomobil ehtiyyat hissələri satacaq.
Qeyd edək ki, “The First Holding” MMC cəmi 5 ay əvvəl – 16.12.2019-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan “The First Holding” MMC -nin qanuni təmsilçisi Zeynalova Humay Tofiq qızıdır. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr., ev 78, m. 21 ünvanında qeydiyyatda olan şirkət haqqında açıq internet resurslarda heç bir məlumat mövcud deyil.
Onu da bildirək ki, tender müsabiqəsində iştirak edə bilmək üçün iştirakçılardan tələb olunan sənədlər arasında son 1 ildəki maliyyə vəziyyətilə bağlı arayış tələb olunur. "The First Holding” MMC isə cəmi 5 ay əvvəl dövlət qeydiyyatına alınıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.