SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şübhəli tenderlərdə iştirak üçün yaradılmış şirkət... - Gədəbəyin icra başçısı onu niyə qalib edir?

Şübhəli tenderlərdə iştirak üçün yaradılmış şirkət... - Gədəbəyin icra başçısı onu niyə qalib edir?

Tarix:

20-05-2021, 16:20

/ 896 dəfə oxundu.
Şübhəli tenderlərdə iştirak üçün yaradılmış şirkət... - Gədəbəyin icra başçısı onu niyə qalib edir?

Gədəbəy Rayon İcra Hakimiyyəti Gədəbəy şəhərində şəhərdaxili küçələrin, dalanların və meydanlarına asfalt örtüyü çəkməklə bağlı elan etdiyi tenderin qalibini açıqlayıb.
 
Tenderin qalibi “Ərdağı” MMC olub. İcra hakimiyyəti şirkətə gördüyü işlərin müqabilində 804 995.21 AZN ödəyəcək.
 
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Ərdağı” MMC 10 dekabr 1992-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10.60 AZN olan şirkətin hüquqi ünvanı Gəncə şəhəri “Asfalt Zavodu”nda yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Nazim Fuad oğludur.
 
Açıq mənbələrdə “Ərdağı” MMC və onun qanuni təmsilçisi Nazim Məmmədov barəsində hər hansı məlumat yoxdur.
 
Şirkətin adına əsasən Gəncəbasar bölgəsinin yerli qurumlarının elan etdiyi satınalma müsabiqələrində rast gəlinir.
 
“Ərdağı” MMC ilə daha çox Gəncə, Gədəbəy, Naftalan, Samux, Goranboy və Daşkəsən icra hakimiyyətləri, onların tabeliyindəki qurumlar əməkdaşlıq edir. 2020-2021-ci illərdə sözügedən rayonların yerli icra hakimiyyəti orqanları şirkətlə toplam olaraq  11 220 017.67 AZN (11 milyon 220 min 17 manat 67 qəpik) dəyərində sifarişlər verib.
 
2020-ci ildə təkcə Gəncə Şəhər İcra Hakimiyyəti şirkətlə 1 milyon 997 min 796 manatlıq müqavilə imzalayıb. Müqavilədə Gəncə şəhərində küçə və prospektlərdə yolların təmiri (abadlıq-quruculuq) işlərinin davam etdirilməsi, habelə 2020-ci il iyulun 11-də şəhərə yağan güclü leysan nəticəsində şəhərin mərkəzi küçə və prospektlərində sıradan çıxan asfalt-beton işlərinin əsaslı təmirinin (əlavə işlərlə) satın alınması nəzərdə tutulub.
 
Bəzi iddialara görə, “Ərdağı” MMC şübhəli tenderlərdə iştirak üçün yaradılmış şirkətdir. MMC-nin qanuni təmsilçisi Nazim Məmmədov əslində proxy fiqurdur.
 
Şirkətin Gəncədəki “Asfalt Zavodu”nun rəhbərliyinə məxsus olması barədə məlumatlar var.
 
Hit.az

Şərhlər

XƏBƏR LENTİ