SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ağsuda notarius icra başçısı vasitəsi ilə bələdiyyə sədri seçdirir - İDDİA

Ağsuda notarius icra başçısı vasitəsi ilə bələdiyyə sədri seçdirir - İDDİA

Tarix:

25-11-2019, 12:13

/ 1 309 dəfə oxundu.
Ağsuda notarius icra başçısı vasitəsi ilə bələdiyyə sədri seçdirir - İDDİA

Bəzi fırıldaqçıların və mənafe güdənlər Ağsu rayonuna yeni təyin olunmuş icra başçısı Vahid Tağıyevi inandıraraq, aldatmağa çalışırlar.

Bunu Ağsu rayon icra hakimiyyətindəki mənbəmiz iddia edib.

İDDİADA deyilir:

"Zaur Dəmirov adlı şəxs başçıya yeni şəhər bələdiyyə sədri "sırımaq” istəyir. Dəmirov Bakı şəhərində 23 saylı Notariat kontorda notariusdur. Quba rayonunda həmin vəzifəni tutan Z.Dəmirov təzəlikcə indiki işinə təyin olunub. V. Tağıyevlə Z. Dəmirovun münasibətləri də elə Qubadan başlayıb. Axı, V. Tağıyev Xaçmaz rayonunda hüquq sistemində mühüm vəzifə daşıyıb. Ağsuya Başçı təyin olunandan sonra V. Tağıyevə yaşamaq üçün evi də Z. Dəmirovun özü tutub. Hətta, onların münasibətləri o qədər istidir ki, tez-tez bir süfrə arxasında əyləşirlər. Dəmirov bu yaxınlıqdan istifadə edərək, Ağsu rayonunda bir neçə vəzifəyə öz qohumlarını, tanışlarını yerləşdirmək anındadır. Bir az da qabağa gedərək, deyək ki, artıq Z. Dəmirov tanışı Nadir Orucovu dekabrda keçiriləcək bələdiyyə seçkilərində bələdiyyə sədri "seçdirmək” istəyir.

Bununla bağlı Dəmirov N. Orucovu başçıyla görüşdürdürüb. Başçı bu "təyinat” a razılıq da verib. Seçkili orqanın işinə, ümumiyyətlə, seçkiyə müdaxilə heç bir başçıya xeyir gətirməz, xüsusilə də Prezidentin etimad göstərib, yeni təyin etdiyi icra başçılarına. Amma, V. Tağıyev N. Orucovun namizəd kimi qeydə alınması üçün artıq tapşırıq verib.

N. Orucov əslində KİMDİR?

Orucov Ağsu rayonunda fırıldaqçı kimi tanınanlardandır. İki dəfə kiçik dövlət işlərinə təyin olunan N. Orucov hər iki işdə qısa müddətdə çalışıb, yəni işdən azad olunub. Daha əvvəl bir şəxsin tikinti materialları dükanında işə düzəlib və az müddətdə həmin dükanı hansı yollasa ələ keçirməyi bacarıb. Bundan sonra sözügedən dükanın materialları ilə "Asiman” adlı şadlıq evi tikdirib. 20 ilə yaxındır ki, Ağsu rayonunda yaşamayan N. Orucov bələdiyyə sədri olacağı təqdirdə həmin şadlıq evini Zaur Dəmirova "şirinlik” kimi verəcəyinə söz verib. Rayonda nüfuzu olmayan bir adamı Z. Dəmirov şəxsi münasibətlərindən istifadə edərək icra başçısının xeyir - duası ilə bələdiyyə sədri təyin elətdirmək istəyir. Bu halda nəinki, Vahid Tağıyevin həttda hər bir icra başçısının nüfuzuna xeyir gətirməz..."

Mövzu diqqətimizdədir

Media olaraq, qarşı tərəflərin də münasibətlərini öyrənməyə və dərc etməyə hazırıq.

İxa.az

Şərhlər

XƏBƏR LENTİ