Muxtar Babayevin keçmiş köməkçisi dələduzluqda ittiham edilir
Sumqayıt şəhər Bələdiyyəsinin üzvü, dələduzluqda ittiham edilən Fərid Dəmirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
İş baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib və hakim Elçin Məmmədovun icraatına verilib.
Cinayət işi üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, Dəmirov Fərid İslam oğlu etibardan sui istifadə edərək, Osmanov Fərhad Heybət oğluna qarşı dələduzluq etməkdə təqsirləndirilir.
Ona Cinayət Məcəlləsinin 178.2.2-cu (təkrar dələduzluq) maddəsi ilə ittiham verilib.
F.Dəmirov 2011-ci ildən Milli Məclisin deputatı Muxtar Babayevin köməkçisi olub.
2018-ci ildə Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər naziri təyin olunduqdan sonra F.Dəmirov nazirliyin Audit şöbəsində sektor müdiri təyin edilib, bir müddət sonra işdən çıxarılıb.
23 dekabr 2014-cü ildən Sumqayıt şəhər Bələdiyyəsinin üzvüdür.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...