XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Səlim Müslümovun dayısı da gedir - Tədarük VAR

Səlim Müslümovun dayısı da gedir - Tədarük VAR

Səlim Müslümovun dayısı da gedir - Tədarük VAR
21-06-2018, 14:11

Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümovun vəzifə başında olan dayısı da "vurulur". Bu barədə DİA.AZ-a Ağsudakı qaynaqlardan informasiya verilib.

Xəbəri verən mənbə bildirir ki, artıq Ağsu rayonunda icra hakimiyyətinin başçısı postunda baş verəcək dəyişikliyə yerli icra strukturu da tədarük görür.

Mənbənin söylədikləri: "Səlim Müslümovun vəzifədən alınmasından sonra Ağsu RİH başçısı Ənvər Seyidəliyevin də gedəcəyi gözlənilən idi. Hətta bu məsələnin bu vaxta qədər uzanması daha çox təəccüb yaradır.

Qeyd edək ki, Ənvər Seyidəliyev Ağsuda bir dinastiya hakimiyyəti qurub ki, əksər gəlirli yerlərdə, dövləti vəzifələrdə Seyidəliyevin yaxın adamları, qohum-əqrəbaları təmsil olunurlar. Bu isə o deməkdir ki, Ağsuda gözlənilən başçı dəyişikliyi həm də Ağsuda bir dinastiyanın çöküşünə də səbəb olacaq.

Qeyd edək ki, Ənvər Seyidəliyev 1950-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olub. 1975-ci ildə Azərbaycan Politexnik İnistitutunu bitirib. 1977-1983-cü illərdə Ağsu rayonunda müxtəlif vəzifələrdə çalışıb. 1983-1985-ci illərdə Bakı Ali Partiya Məktəbinin dinləyicisi olub.
1985-1989-cu illərdə Ağsu rayon partiya komitəsində təlimatıçı vəzifəsində çalışıb.
1989-2003-cü illərdə Ağsu rayon Maddi-Texniki Təchizat və Mexanikləşdirmə İstehsalat Birliyinin müdiri vəzifəsində çalışıb.
2003-2007-ci illərdə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-də idarə rəisi vəzifəsində işləyib.
2007-ci ilin dekabrında tarixdə Ağsu rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.

DİA.AZ

XalqXeber.Az
OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.