SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Səlim Müslümovun Zəngilan DSMF-nin müdiri olan tələbə yoldaşıda narahatdır...

Səlim Müslümovun Zəngilan DSMF-nin müdiri olan tələbə yoldaşıda narahatdır...

Tarix:

21-05-2018, 14:06

/ 3 948 dəfə oxundu.
Səlim Müslümovun Zəngilan DSMF-nin müdiri olan tələbə yoldaşıda narahatdır...

Bir zamanlar İmişli rayonunda xırda buynuzlu heyvanların satışının təşkili ilə məşğul olan Şakir Nuriyev sonradan dostunun və tələbə yoldaşının yardımı ilə vəzifəyə gətirilir.
Ölkə başçısının müvafiq Sərəncamı ilə ƏƏSM naziri təyin ediləndən həmən sonra özünün peşəkar və vicdanlı imicini formalaşdırmaq üçün fəaliyyətə başlayan Səlim Müslümov vəzifədən çıxarıldıqdan sonra məlum oldu ki, onun rəhbərlik etdiyi müddətdə 2 milyard dövlət vəsaitnin təyinatı məlum deyil. Xatırladaq ki, bu rəqəm illik dövlət büdcəsinin kifayət qədər böyük qismidir. Və bir nazirin bu məsələdən xəbərinin "olmaması" isə absurddur. Əslində Səlim Müslümovun əməlləri bununla yekunlaşmır. Xatırladaq ki, onun ayrı - ayrı strukturlara təyin etdiyi adamları özlərini əyalət sahibləri kimi aparırdılar. Dövlət görəvindən istifadə etməklə kifayət qədər kapitala sahib olan bu şəxslərin vətəndaşlarla münasibətləri o həddə çatmışdı ki, təhqir olunmadan DSMF müdirinin qəbulundan çıxan sadə vətandaş sadəcə şükür edirdi. Sözsüz ki, mətbuatın yazdığı bu faktlardan Səlim Müslümovun da xəbəri var idi. Lakin görünür bu cür idarəçilik forması sabiq müavinin işinə yarayırmış. Əks halda vəzifəyə təyinat aldığı ilk günlərdə olduğu kimi yenə də kamerlar qarşısında şou göstərərdi.
Ötən gün DSMF-dəki mənbədən daxil olan məlumata görə özünə yaxın olan şəxsləri illərlə rəhbərlik etdiyi sistemə yerləşdirməyi bacaran Səlim Müslümovun kardları yeni nazir təyinatından sonra ciddi narahatdırlar. Mənbənin bildirdiyinə görə hətta həmin kadrlar "problemsiz işdən çıxarılmağımıza da razıyıq" - deyə nrahatlıqlarını ifadə edirlər. Əvvəla ona görə ki, illərlə dövlət görəvindən istifadə etməklə, Azərbaycan reallığında ciddi rəqəmlərlə müşayət olunan kapitala sahiblənmiş bu şəxslər öyrəndikləri təmtəraqlı həyat şəraitini itirməyi düşünmürlər. İkincisi isə nə vaxtsa yenidən dövlət büdcəsinə ödəniləcək 2 milyarddan "nəsiblərini" almaq istəmirlər. Məlumatı verən mənbə bilbirdi ki, sabiq nazirin kadrlarından biri də Zəngilan rayon DSMF-nin müdiri Şakir Nuriyevdir. Səlim Müslümovla tələbə, hətta otaq yoldaşı olan Şakir Nuriyevin bir vaxtlar nəinki nazirliyin idarə rəislərini, o cümlədən müavinləri belə ciddiyə almadığını söyləyən mənbə bildirdi ki, Zəngilan DSMF-nin müdiri hal - hazırda daha çox kölgədə qalmağı hədəfləyir. Bir zamanlar İmişli rayonunda xırda buynuzlu heyvanların satışının təşkili ilə məşğul olan Şakir Nuriyev sonradan dostunun və tələbə yoldaşının yardımı ilə vəzifəyə gətirilir. Məlumatı verən mənbə onu da qeyd etdi ki, Şakir Nuriyev bir zamanlar pensiya və ünvanlı sosial yardım təyinatında rekordçu hesab olunurmuş. Sözsüz ki, nazirin dostuna və tələbə yoldaşına bunu irad tutmaq isə cəsarət tələb edirmiş.
Mövzuya qayıdacağıq.

Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.

Növbəti sayımızda:
1. Şakir Nuriyevi Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin sabiq direktor əvəzi Könül Cavadova ilə nə bağlayırdı?
2. İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin sabiq direktoru Nazim Xəlilovun həbs olunmasında kimlərin əli olub?

Bakunews.az

Şərhlər

XƏBƏR LENTİ