XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » Səlim Müslümovun korrupsiya şəbəkəsi: Həbs edilən sabiq nazirin daha bir yaxını həbs oluna bilər...

Səlim Müslümovun korrupsiya şəbəkəsi: Həbs edilən sabiq nazirin daha bir yaxını həbs oluna bilər...

Səlim Müslümovun korrupsiya şəbəkəsi: Həbs edilən sabiq nazirin daha bir yaxını həbs oluna bilər...
10-02-2021, 14:18

Səlim Müslümovun korrupsiya şəbəkəsindən daha bir sabiq məmurun həbs olunma ehtimalı var. Bu barədə məlumatı 7news.az saytı yayıb.

Xatırladaq ki, ötən həftə korrupsiya əməllərinə görə sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov həbs edilib. Bu həbsin ardınca isə Müslümovun sağ əli, nazirliyin sabiq Aparat rəhbəri Əjdər Cəbiyev (OL) həbs edilib.

Sayt yazır ki, Əjdər Cəbiyevin həbsindən sonra prosesin uzanacağı və Səlim Müslümovun daha bir neçə korrupsioner ortağının istintiqa cəlb edilməsi gözlənilir. Müslümovun korrupsiya ortaqlarından biri isə DSMF-nin Aparat rəhbəri Şahin Quliyevdir. Məlumata görə Səlim Müslümov və Əjdər Cəbiyevdən sonra korrupsiya zəncirinin ən önəmli halqalarından biri də Şahin Quliyevdir.

Xatırladaq ki, DSMF Səlim Müslümov tərəfindən ƏƏSMN-ə birləşdirildikdən sonra Şahin Quliyev ƏƏSMN-nin sosial ödənişlər şöbəsinin müdiri ollub. Şahin Quliyevi yeni nazir Sahil Babayev bu vəzifədən çıxartmışdı.

7news.az-a verilən məlumata görə Şahin Quliyev DSMF-nin Aparat rəhbəri vəzifəsində işlədiyi dövrdə məhz Səlim Müslümov və Əjdər Cəbiyevlə birlikdə geniş bir şəbəkəsini quran və çoxlu sayda saxtakarlıqlara imza atmış biridir. Həmçinin Şahin Quliyevin Aparat rəhbəri işlədiyi dövrdə bir çox rayonlarda işləyən DSMF-nin şöbə müdirlərinə himayədarlıq ediyi bildirilir. Bundan başqa Şahin Quliyevin DSMF-ni şöbə müdirlərindən hər ay külli miqdarda rüşvət toplayaraq nazir Səlim Müslümovla Əjdər Cənbiyevə çatdırdığı iddia edilir.

Məlumatda qeyd olunur ki, Əjdər Cəbiyevin həbsindən sonra Şahin Quliyev növbənin ona çatmasından çox narahatdır.

Qeyd edək ki, Şahin Quliyevin Səlim Müslümovun istintaqına cılb olunması ilı bağlı rəsmi məlumat olmasa da, onun istintaqa cəlb olunduğu bəzi mənbələr tərəfindən təsdiqlənir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.