SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Fermerdən “Aqrolizinq” və Astaranın başçısına ittihamlar - korrupsiya, laqeydlik...

Fermerdən “Aqrolizinq” və Astaranın başçısına ittihamlar - korrupsiya, laqeydlik...

Tarix:

28-02-2018, 09:25

/ 1 370 dəfə oxundu.
Fermerdən “Aqrolizinq” və Astaranın başçısına ittihamlar - korrupsiya, laqeydlik...

Kənd Təsərrüfatı Nazirliyi, “Aqrolizinq” ASC və Astara rayon icra başçısı Qəzənfər Ağayev yerli fermerlərə dəstək olmurlar
Kənd təsərrüfatı məhsulu istehsal edən “Şindan” kooperativinin sədri Zeydulla Cəbiyev onlardan biridir.
Prezident aqrar sektorun inkişafı üçün maliyyə ayırır, fərmanlar verir, tapşırıqları olur. Ancaq məmurlar dövlət tərəfindən nəzərdə tutulan dəstəyi fermerlərə göstərmirlər.
Z.Cəbiyevin dediyinə görə, ötən il kifayət qədər kənd təsərrüfatı məhsulu tədarük edib: “Kollektiv təsərrüfatın 55 hektar torpaq sahəsi var.
Bunun 46 hektarı dağ, 9 hektarı isə aran ərazisində yerləşir. Kooperativin 48 baş iribuynuzlu, 461 baş xırdabuynuzlu, 40 arı ailəsi var.
Torpaqlarımız dəniz səviyyəsindən 1500-1800 metr hündürlükdə yerləşir. Burda iqlim sərtdir. Soyuqlar tez düşür, qar hər yanı örtür.
Buna görə də çətindir”.
Onun sözlərinə görə, ötən il nə güzəştli yanacaq, nə də yardım alıb: “Təsərrüfatımda işləyənlərə günəmuzd əmək haqqı verirəm.
Dağ şəraitində 150 nəfərdən çox adamı yaşadıram. Güzəştli qiymətlərlə gübrə, yanacaq, motor yağı verməlidirlər, vermirlər”.
Sahibkar deyir ki, onlara dəstək olmadığına görə, borcları artır: “Otlaq sahələrini imkanlı adamlara verirlər. Onlar da otu baha qiymətə satırlar.
Müraciət etmişəm ki, mənə də otlaq sahəsi verilsin. Oradan yığılan otla mal-qaranı saxlayım. Vermirlər”.
Dağ ərazisində zəncirli traktorlar ləng işləyir. Yanacaq çox istəyir. Fermer müraciət edib ki, ona təkərli traktor versinlər, hərə bir qiymət deyir.
Z.Cəbiyev yerli icra orqanlarına dəfələrlə müraciət edib: “Mənə deyirlər ki, bu qədər mal-qaran var, sat texnika al. Bir dənə texnika almaq üçün mal-qaranın yarısını gərək satam. Sonra onun yerini necə doldurum?
Sonra deyirlər ki, sənin təsərrüfatın böyükdür, qazancı da çox olmalıdır. Problemləri əldə etdiyin qazancla həll et.
Təsərrüfatı genişləndirmək istəyirəm ki, davamlı olsun. İnanın ki, özüm də fəhlələrlə birlikdə işləyirəm. Əllərimə baxın”.
O qabarlı əllərini göstərir: “Belə vəziyyətdə qışda dilənçi, yazda isə əkinçiyik”. Sahibkar deyir ki, problemlərlə bağlı Astara Rayon İcra Hakimiyyətinə də müraciət edib.
İcradan gələn məktubda yazılıb ki, əlavə torpaq sahəsinin ayrılıb icarəyə verilməsindən ötrü Kijabə bələdiyyəsinə müraciət etməyiniz tövsiyə olunur.
Sahibkar istədiyi cavabı almadığından birinci vitse prezident Mehriban Əliyevaya məktub ünvanlayıb.
Onu da demək yerinə düşər ki, “Aqrolizinq”in yerli bölmələrində korrupsiya hallar var. Ötən il Sabirabad Regional nümayəndəliyinin 1 iyul 2015-ci il tarixdən 4 iyul 2017-ci il tarixədək olan dövr üzrə maliyyə-təsərrüfat fəaliyətinin daxili auditi aparılıb.
Azərbaycan İnformasiya Mərkəzi bildirir ki, audit nəticəsində mineral gübrələrin saxlanılması və istifadəsi ilə bağlı nümayəndəliyin fəaliyyətində bir sıra ciddi nöqsanlar aşkar edilib.
Müəyyən edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
Bu, "Aqrolizinq"in yerli bölmələrinin ilk saxtakarlığı və korrupsiya hallarına yol verməsi faktı deyil. «Aqrolizinq» ASC tamamilə ləğv edilməlidir.
Aqrar sahədə texnika, texnoloji avadanlıqlar, istehsal vasitələrinin hamısı xidmətlə məşğul olan özəl qurumlarda, sahibkarlarda olmalıdır.
Özəl sahibkarlar xidmət kooperasiyaları və yaxud assosiya tipli birləşmələr yarada bilərlər.
Hökumət isə normal sahibkarlıq mühiti yaratmalıdır. Texniki xidməti həyata keçirən sahibkarlar istehsal vasitələrinin alınıb, ölkəyə gətirilməsini, fermerlərə satışını da həyata keçirə bilər.
Belə olan halda həm də rəqabət mühiti yaranacaq. Daha keyfiyyətli və ucuz xidmətin həyata keçirildiyinin şahidi olacağıq.
Amma bu gün bu qurumimkan vermir ki, sahibkarlar xaricdən daha ucuz və keyfiyyətli istehsal vasitələrini idxal edib, daxili bazarda fermerə təklif edə bilsin. Yəni «Aqrolizinq» ASC artıq bu sahədə monopolistə çevrilib.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ