SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Aqrolizinq" ASC-nin Tovuz flialının sədri işdən çıxarıldı

"Aqrolizinq" ASC-nin Tovuz flialının sədri işdən çıxarıldı

Tarix:

31-10-2018, 15:57

/ 1 813 dəfə oxundu.
"Aqrolizinq" ASC-nin Tovuz flialının sədri işdən çıxarıldı

"Aqrolizinq" ASC-nin Tovuz rayon flialının sədri Vidadi Əkbərov tutduğu vəzifədən azad edilib.

Bu barədə AFN-i bilgiləndirən məlumatlı mənbənin sözlərinə görə, V.Əkbərov işində yol verdiyi nöqsanlara görə vəzifədən çıxarılıb. Xəbəri Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən də təsdiqləyiblər.
Xatırladaq ki, V.Əkbərovun adı daha çox fermerlərə problem yaratmaqda hallanırdı. Tovuz rayonunda əkin-biçinlə məşğul olan insanların onun haqqında şikayətləri son günlər artmışdı. Bir neçə gün öncə AFN-in redaksiyasına V.Əkbərovun qanunsuz əməllər törətməsi haqda ilginc faktlar daxil olmuşdu. Material araşdırma mərhələsində olduğundan hələlik ictimailəşdirilməmişdi. Görünür, redaksiyamıza şikayət ünvanlayan şəxslər haqlı imişlər.
V.Əkbərovun yerinə hələlik təyinat yoxdur.

Şərhlər

XƏBƏR LENTİ