SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şəmkirdə yüzlərlə fermer ağır durumda, icra başçısı vecinə almır

Şəmkirdə yüzlərlə fermer ağır durumda, icra başçısı vecinə almır

Tarix:

4-02-2017, 21:59

/ 2 379 dəfə oxundu.
Şəmkirdə yüzlərlə fermer ağır durumda, icra başçısı vecinə almır

“Şəmkir rayonunda fərdi təsərrüfat işləri ilə məşğulam. Fərdi təsərrüfatımda 3 hektar sahədə quraşdırılmış istilikxanada pomidor becərirəm. İstilikxananın qızdırılması üçün M40 markalı mazotdan istifadə edirəm. Bu mazotu isə respublikanın ərazisində yerləşən 'neft baza'lardan əldə edirdim. Hazırda neft bazalarda M40 markali mazotun satışı dayandırılıb”.

Bu sözləri Şəmkir yaşayan fermer Nəsimi Əsədov göndərdiyi şikayət məktubunda qeyd edib. Onun sözlərinə görə, istilikxanası olan yüzlərlə fermer çətin vəziyyətə düşüb.

“Hər bir təsərrüfatın qızdırılması üçün bir və ya iki günlük yanacaq ehtiyatı qalıb. Hətta Şəmkir rayonu Düyərli kəndində bir nəfərin əkinini şaxta vurub. Tez bir zamanda yanacaq tədarükü görülməsə bütün təsərrüfatları da həmin aqibət gözləyir.

Göstərilən əsaslarla bağlı Şəmkir Rayon İcra Hakimiyyətinə və digər əlaqədar qurumlar müraciətlər olunmasına baxmayaraq nəzərdə tutduğum məsələ öz həllini tapmayıb”,-deyə fermer şikayətlənib

N.Əsədov istixana sahiblərinin təsərrüfatlarında ciddi və təxirəsalınmaz problem yarandığını yazıb və təcili tədbir görülməsini xahiş edib:

“Dövlət başçısı aqrar sektorun inkişafına dəstək verir, fermerlərə yardım olunması barədə tapşırıqları var Amma yerli məmurlar prezident kimi fermerlərə dəstək olmur. Bu dəqiqə Şəmkirdə yüzlərlə fermer pis vəziyyətdə qalıb”.

Şərhlər

XƏBƏR LENTİ