SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ramin Quluzadənin DİQQƏTİNƏ: Cəlilabadda 800 manatlıq "siftə"

Ramin Quluzadənin DİQQƏTİNƏ: Cəlilabadda 800 manatlıq "siftə"

Tarix:

5-12-2017, 22:47

/ 2 358 dəfə oxundu.
Ramin Quluzadənin DİQQƏTİNƏ: Cəlilabadda 800 manatlıq "siftə"

Cəlilabad TKQ rəisi ötən həfdə fürsətdən istifadə edərək yaxşı qacanc əldə edib.

Bu barədə etibarlı mənbə məlumat verib. Belə ki, rayonun Günəşli kəndinə gedən optic kabeli Cəlilabad şərab zavodu tərəfindən qırılmış və zavodun direktoru Mustafa müəllim 800 manat nağd pul ödəyib. Lakin Cəlilabad TKQ-nin rəisi Sakit Şirəliyev ödənilən pulu elə yerindəcə həll edib. Güya, kabel naməlum şəxslər tərəfindən qırıldığı bildirilib.

Mənbəmiz iddia edir ki, dəyilmiş ziyan TKQ xəzinəsinə mədaxil olunmalı idi. S. Şirəliyev əldə edilən 800 manatı şəxsi hesabına keçirib. Əslində daxil olan məlumat heç də təəcüblü deyil. Çünki yeni vəzifə sahibi məclislərin birində söhbət zamanı bildirib ki, təsadüfi rəis olmayıb.

Min bir əziyyət hesabına Cəlilabad TKQ-sına “transfer” olunan S. Şirəliyev “şapkanın” üçdə bir hissəsini artıq əldə edib. Digər bir məlumatda isə bildirilir ki, Cəlilabad TKQ-nin rəisi Sakit Şirəliyev iş günün nahar fasiləsindən sonra rayonda fəaliyyət göstərən Cənub restoranında məclislər qurur. Bu istiqamətdə araşdırmalarımız davam edir. Bizi izləyin.

Dosye.org

Şərhlər

XƏBƏR LENTİ