SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Cəlilabad Telekommunikasiya Qovşağının rəisi cinayət işindən yayınmaq üçün "aradan çıxdı"

Cəlilabad Telekommunikasiya Qovşağının rəisi cinayət işindən yayınmaq üçün "aradan çıxdı"

Tarix:

19-12-2018, 23:41

/ 1 636 dəfə oxundu.
Cəlilabad Telekommunikasiya Qovşağının rəisi cinayət işindən yayınmaq üçün "aradan çıxdı"

Cəlilabad Telekommunikasiya Qovşağının rəisi Sakit Şirəliyevin qaçdığı bildirilir.

Bu barədə rayonda ezamiyyətdə olan əməkdaşlarımız məlumat verib. Belə ki, ötən yazılarımızda qeyd etmişdik ki, Cəlilabad Telekomunikasiya Qovşağının rəisi Sakit Şirəliyev ahıl yaşlı Əhmədalı Sərhədovu qoruyucusuz məcburi qaydada rabitə dirəyinə çıxardıb. Nəticədə adı hallanan rabitə mantyoru dirəkdən yıxılaraq ağır bədən xəsarəti almışdır. Məlumatlara görə, Ə. Sərhədovun səhəti olduqca kafi qiymətləndirilir.

Bunlardan əlavə bir il müddətində korrupsiya xarakterli hərəkətlərin və baş verən anarxiya, özbaşınalıqlarin qarşısını ala bilmədiyi üçün xəstəliyini bəhanə edərək aradan çıxmışdır. Məlumatlarda oda vurğulanır ki, rayon prokurorluğunda artıq cinayət işi açılıb. Görünür, S. Şirəliyevi baş verən hadisələr qətiyyən narahat etmir.

Güya, səhətində yaranan problem işləməsinə mane olur. Əslində, bu cür hoqqalar heç bir halda qanuna badalaq gəlmək fikrindədir. Necə ki, dövlətə gəldiyi kələklər hesabına kifayət qədər qazanc əldə edən rəis yenidən özünəməxsüs formada "variantlar" arayır. Odur ki, rayon prokurorluğunda S. Şirəliyev barəsində açılan çinayət işi aidiyyəti qurumları hərəkətə gətirməlidir.

İlk öncə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri Ramin Quluzadə tabeçiliyində olan qovşağı nəzarətə götürməlidir. İnanırıq ki, "Aztelekom” İstehsalat Birliyi Cəlilabad Telekommunikasiya Qovşağın rəisi Sakit Şirəliyev vəzifə səlahiyyətlərindən istifadə etdiyi üçün qanun qarşısında cavab verməli olacaq. Araşdırmalarımız davam edir. Bizi izləməyi unutmayın...

Dosye.org

Şərhlər

XƏBƏR LENTİ