XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Cəlilabadda Telekommukasiya Qovşağının keçmiş rəisi 100 000 manat mənimsəyib

Cəlilabadda Telekommukasiya Qovşağının keçmiş rəisi 100 000 manat mənimsəyib

Cəlilabadda Telekommukasiya Qovşağının keçmiş rəisi 100 000 manat mənimsəyib
16-10-2017, 10:00

Aztelekom” İstehsalat Birliyi Cəlilabad Telekommunikasiya Qovşağının keçmiş rəisi Cəbrayıl Vəliyev dövlət büdcəsindən 100 000 manat mənimsəyib
Bu barədə etibarlı mənbə məlumat verib. Belə ki, 07.07. 2011-ci il Cəbrayıl Vəliyev vəzifə səlahiyyətindən sui-istifadə edərək dövlətdən küllü miqdarda pul mənimsəyib. İşlədiyi dövürdə güya 30 sentyabr 2010-cu il tarixdə saat 12:00 radələrində başvermiş bədbəxt hadisə nəticəsində xəsarət almışdır. 30 saylı Tibbi Sosial Ekspert Komissiyasının SER.TSE-01 nömrəli 13/257 müayinə aktından çıxarışa əsasən 2-ci qrup əlillik dərəcəsi almışdır.
Görünür, rəhbər olduğu qovşağı gəlir mənbəyinə çevirmək C. Vəliyev üçün o qədər də müşkül məsələ olmayıb. Keçmiş rəis C. Vəliyev 2-ci qrup əlillik dərəcəsi almışdırsa 2010-2011-ci illər necə Cəlilabad rayon Telekommunikasiya Qovşağına rəhbərlik edə bilər? Saxta yollarla 100 000 manat mənimsəyən C. Vəliyev düşünməli idi ki, qanun hər zaman alilliyini qoroyur. Ölkə başçısı cənab İlham Əliyevin min bir əziyyət hesabına formalaşdığı dövlət büccəsi xırda məmurlar tərəfindən bu cür tarimar olunur.
İşlədiyi dövürdə özü-özünə əmr imzalayan C. Vəliyevin əməlləri bununla bitmir. Həmən illər ərzində dövlət büccəsindən mənimsədiyi 100 000 manat hesabına Bakı şəhərində hündür mərtəbəli binalardan mənzil aldığı barədə də məlumatlar daxil olur. Redaksiyamıza ünvanlanan əmrin sürətində göstərilir ki, keçmiş rəis ciddi qanun pozuntularına birbaşa özü rəhbərlik edib. Onu da nəzərinizə çatdıraq ki, C. Vəliyev hal-hazırda Cəlilabad rayon Telekommunikasiya Qovşağında mühəndis vəzifəsində çalışır. Dosye.org olaraq bildiririk ki, məsələ ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və Cəlilabad rayon prokurorluğuna rəsmi məktub ünvanlanacaq. İnanırıq ki, hüquq mühafizə orqanları məsələni dərindən araşdıracaq və C. Vəliyevin əməllərinə hüquqi qiymət veriləcək.
Ardı var

dosye.org
Cəlilabadda Telekommukasiya Qovşağının keçmiş rəisi 100 000 manat mənimsəyib
Cəlilabadda Telekommukasiya Qovşağının keçmiş rəisi 100 000 manat mənimsəyib
Cəlilabadda Telekommukasiya Qovşağının keçmiş rəisi 100 000 manat mənimsəyib

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.