SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Cəlilabad rayon telekomunikasiya qovşağında nə baş verir?

Cəlilabad rayon telekomunikasiya qovşağında nə baş verir?

Tarix:

29-01-2018, 10:29

/ 3 997 dəfə oxundu.
Cəlilabad rayon telekomunikasiya qovşağında nə baş verir?

Cəlilabad rayon telekomunikasiya qovşağında baş verənlər insanda ancaq təəssüf doğurur.

Bu sözləri bir qrup rayon sakini deyib. Sakinlərin dediklərinə inansaq,Rayon Telekomunikasiya qovşağına rəhbərlik edən Sakit Şirəliyev vəzifəyə gətiriləndən sonra heç də sakit dayanmır, əksinə ŞİRə dönür . Rayon sakinlərinin dediyinə görə rəis vəzzifə borcundan irəli gələn görəvini yerinə yetirməli olduğu halda, qanuna zidd hərəkətləri ilə də yadda qalır.
Daxil olan xəbərlərdə Sakit müəllimin bəzən idarəyə müraciət edən sakinlərlə də kobud olmasından bəhs olunur. Belə ki, o Telekomunikasiya qovşağının əhali üçün nəzərdə tutulan işlərinin həm də nədən ibarət olduğunu unudur.
Adının çəkilməsini istəməyən Telekomunikasiya idarəsinin məsul şəxslərindən birinin verdiyi məlumata görə, yanvar ayının 23-də rayonun Sabir abad kənd sakini, Qəzənfər (ad şərtidir) evindəki telefon xəttinin yaxşılaşdırılması üçün qovşağın rəisinə müraciət etsə də, rəhbər tərəfindən kobudluqla qarşılanmış, təhqir olunaraq otaqdan qovulmuşdur. Mənbənin verdiyi məlumatda deyilir ki, kənd sakininə lazım olan 70 metr uzunluğunda xətt əslində pulsuz verilməli olsa da bu Sakit müəllim tərəfindən sakit olmayan tərzdə rədd edilmişdir. Mənbə onu da bildirir ki, əhaliyə pulsuz verilməli olan naqil, qeyri-qanuni olaraq metri 30 qəpikdən satılır.
Sızdırılan məlumatda o da deyilir ki, Sakit Şirəliyevin rəhbərliyi dövründə idarənin işçiləri tərəfindən bir-birinə olunan hörmət və isti münasibətlər də sozalıb, qarşıdurmalar hökm sürür.
Eyni zamanda Sakit müəllimin iş vaxtı günün çoxunu rayonda fəaliyyət göstərən “Cənub” restoranında olduğu da deyilir. Restorandakı daimi oturduğu kabinetini isə tabeçiliyində olan işçilər rəisin Telekomunikasiyadakı kabinetinin filialı kimi təqdim edirlər.

Qarşı tərəfin də mövqeyini yayınlamağa hazır olduğunu bildirir.

Müstəqil.Az

Şərhlər

XƏBƏR LENTİ