SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » İcra başçısı barədə KİV-ə KOMPROMAT ötürən “ETİBARLI MƏNBƏ”İFŞA edildi -FOTOFAKT

İcra başçısı barədə KİV-ə KOMPROMAT ötürən “ETİBARLI MƏNBƏ”İFŞA edildi -FOTOFAKT

Tarix:

19-08-2017, 11:30

/ 138 484 dəfə oxundu.
İcra başçısı barədə KİV-ə KOMPROMAT ötürən “ETİBARLI MƏNBƏ”İFŞA edildi -FOTOFAKT

Ağcabədinin sabiq TƏHSİL MÜDİRİ jurnalistə kompramant ötürdüyü yerdə obyektivə tuş gəldi
Sonolay.org informasiya agentliyi keçən ilin yayında Ağcabədi rayon təhsil sitemində yol verilmiş 897 min manatlıq maliyyə pozuntusunun ört-basdır edilməsinin qarşısının alınmasına yönəlik yazılarla çıxış edəndən sonra rayon təhsil şöbəsinin (RTŞ) müdiri Mehdi Əhmədov vəzifəsindən kənarlaşdırılsa da, onun qanunsuz əməllərinə lazımi hüquqi qiymət verilmədi. Sabiq məmurun sonrakı davaranışları belə qənaətə gəlməyə əsas verir ki, Mehdi “müəllim” dərhal həbs olunmaqdan yaxa qurtardığı üçün şükür etmək əvəzinə, hətta işdən qovulması ilə də barışa bilmir və “yağlı tikə”nin əlindən çıxmasında KİV-in ictimai qınağını əsas saymayaraq, konkret olaraq bəzi yuxarı vəzifəli şəxsləri günahkar hesab edir. İncik düşdüyü sırada əlbəttə ki, birinci yerdə rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov durur.
Söz yox, sabiq şöbə müdiri rayon rəhbərindən incikliyini açıq şəkildə büruzə verə bilmir. Bu üzdən qisas almağın yolunu KİV-ə əlaltdan kompromat ötürməkdə görüb. Mehdi Əhmədov tanınmış saytlardan birinin(saytın və sayt rəhbərinin adını növbəti yazımızda açıqlayacağıq) baş redaktoru ilə müəyyən vaxtda, müəyyən ünvanda görüşərək, başçı barəsində məlumatlar ötürərkən əks etdirən foto-video-audio qeydlər əldə etmişik. Məhz Mehdi Əhmədovun görüşdüyü jurnalistin idarə etdiyi saytda Ağcabədinin icra başçısı, rayonun digər vəzifəli şəxsləri barədə sərt tənqidi yazılar getmişdir. Az əvvəl isə həmin saytda Ağcabədi RTŞ-nin hazırki müdiri Solmaz Rəhimovanın rəvac verdiyi qanunsuzluqlar barədə tənqidi məqalə dərc olunmuşdu.
Doğrudur, qarşı tərəf həmin məqalənin internet resurslarından çıxarılmasına nail olsa da, materialın gündəmdə qaldığı sürəcdə onun əks etdirdiyi informasiya hələ də oxucuların yaddaşında qalmaqdadır. Məqalədə Solmaz Rəhimovanın həyata keçirdiyi daxili kadr yerdəyişmələrinə korruptiv mövqedən yanaşmasından, buraxılış imtahanlarına bir şagirdin əvəzinə digər şagirdi buraxdırmasından (həmən şagirdlərin sayı 13 nəfərdən artıq olduğu, o cümlədən 12 nəfərin S. Rəhimovanın əvvəl direktor olduğu 5 saylı məktəbin şagirdləri olduğu göstərilməklə), Silahlı Quvvələr günü direktorları toplayaraq onlardan başçının müavini Naibə xanımın adı ilə 750 manat pul yığmasından, 11-ci sinif şagirdini ailə həyatı qurduğu üçün 2017-ci il fevral ayında 1 saylı orta məktəbdən azad etməsinin ardından valideyindən rüşvət alaraq iki ay sonra rayonun Qaradolaq kənd 1 saylı orta məktəbinə bərpa etdirməsindən və icra başçısının bütün bu qanunsuz əməllərə göz yummasından yazılıbmış.
RTŞ müdirəsi haqda gedən həmin tənqidi yazıda sadalanan faktların yerli-yataqlı, rəqəmlərin yuvarlaq deyil, məhz dəqiq olması açıq-aşkar göstərirdi ki, onları KİV-ə təhsilin idarə edilməsi işini yaxşı bilən, təhsil işçiləri ilə sıx əlaqəsi olan informator ötürüb.
Apardığımız müşahidələr təsdiqlədi ki, həmin “etibarlı mənbə” məhz M. Əhmədov olub. Əlbəttə, əgər sayt yalnız Ağcabədi təhsilinin səviyyəsi ilə qayğılansaydı, gələcəyimiz olan uşaqların savada yiyələnməyinin qeydinə qalsaydı, ancaq və ancaq təhsil müdirini hədəf götürər, icra başçısını günahlandırmağa tələsməzdi. Görünür, bu da M.Əhmədovun sifarişi imiş.

Mövzuya qayıdacağıq.

“Bakunews.az”
İcra başçısı barədə KİV-ə KOMPROMAT ötürən “ETİBARLI MƏNBƏ”İFŞA edildi -FOTOFAKT
İcra başçısı barədə KİV-ə KOMPROMAT ötürən “ETİBARLI MƏNBƏ”İFŞA edildi -FOTOFAKT
İcra başçısı barədə KİV-ə KOMPROMAT ötürən “ETİBARLI MƏNBƏ”İFŞA edildi -FOTOFAKT
İcra başçısı barədə KİV-ə KOMPROMAT ötürən “ETİBARLI MƏNBƏ”İFŞA edildi -FOTOFAKT

Şərhlər

XƏBƏR LENTİ