XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Həbs olunan icra başçısının müavinləri işdən çıxarıldı - SİYAHI

Həbs olunan icra başçısının müavinləri işdən çıxarıldı - SİYAHI

Həbs olunan icra başçısının müavinləri işdən çıxarıldı - SİYAHI
3-03-2020, 18:26

Neftçala rayon icra hakimiyyəti başçısının həbsdə olan birinci müavini Vurğun Əkbərov vəzifəsindən azad edilib.

BakuPost xəbər verir ki, V. Əkbərovun adı bu gün icra hakimiyyətinin saytında aparatın strukturu bölməsindən çıxarılıb.

Ondan başqa başçının müavini- İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gültəkin Sadıqovanın da adı siyahıdan çıxarılıb.

Qeyd edək ki, ötən ay DTX tərəfindən Neftçala rayonu icra hakimiyyətinin binasında əməliyyat keçirilib.

Rayonun sabiq icra başçısı İsmayıl Vəliyev, onun birinci müavini olmuş Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, şöbə müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov saxlanılıb. Onlar barəsində Səbail rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.