SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Sabiq icra başçısının xanım müavini HƏBS OLUNDU

Sabiq icra başçısının xanım müavini HƏBS OLUNDU

Tarix:

29-10-2021, 13:31

/ 765 dəfə oxundu.
Sabiq icra başçısının xanım müavini HƏBS OLUNDU


Neftçalanın sabiq icra başçının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Gültəkin Sadıqova məhkəmə zalında həbs edilib.

Xalqxeber.az APA-ya istinadla xəbər verir ki, bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı İsmayıl Vəliyev, RİH-nin keçmiş başçısının birinci müavini Vurğun Əkbərov, digər müavini Gültəkin Sadıqova, Memarlıq və Tikinti Şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun onunla birgə saxlanılan digər vəzifəli şəxslərin məhkəmə prosesi yekunlaşıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunan hökmə əsasən, G.Sadıqova 6 il azadlıqdan mərhum edilib. O, məhkəmə zalında həbs olunub.

Prokuror G.Sadıqovaya 8 il 6 ay həbs cəzası istəmişdi.

DTX-nin Neftçala Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı icra başçısı İsmayıl Vəliyev və digər vəzifəli şəxslərlə birgə saxlanılan Gültəkin Sadıqovanın barəsində iltizam qətimkan tədbiri seçilmişdi.

Qeyd edək ki, G. Sadıqova 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində 61 saylı Neftçala seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olub.

Şərhlər

XƏBƏR LENTİ