XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Zərdabda məktəb direktorundan qanunsuzluq - FOTOLAR

Zərdabda məktəb direktorundan qanunsuzluq - FOTOLAR

Zərdabda məktəb direktorundan qanunsuzluq - FOTOLAR
4-08-2017, 09:30

Zərdab rayon Şəftəhal kənd orta məktəbi uzun illərdir qəzalı vəziyyətdədir və məktəbin təmir olunması yönündə heç bir cəhd göstərilmir
Kənd sakinlərinin əməkdaşımıza verdiyi məlumata görə, hər il məktəbin iç divarlarına səthi boya çəkilir və valideynlərə deyilir ki, məktəbdə təmir gedir. Halbuki həmin boyalar belə məktəbin eyiblərini bir neçə aylıq ört-basdır edə bilir. Sonra yenə də divarlar qopub tökülməyə başlayır və necə deyərlər, köhnə hamam, köhnə tas.
Şəftəhal kənd orta məktəbinin idman zalında da qorxunc şərait hökm sürür. Məktəblilərin sevimli fənnlərindən olan idman dərslərinin keçirilməsi üçün heç bir şərait yoxdur. Zalın tavan hissəsi gün-gündən daha bərbad vəziyyətə düşür.
“Qışda uşaqlarımızı məktəbə qorxa-qorxa göndəririk, xəstələnib qayıdacaqlarından narahat oluruq.”
Bunlarla yanaşı, məktəbin istilik sistemində də nasazlıq var. Soyuq qış aylarında şagirdlər sinif otağında qalın qış geyimində oturmağa məcbur olurlar. Qışda uşaqlarını məktəbə qorxaraq göndərən valideynləri maraqlandıran əsas sual, belə şəraitdə təhsil alan uşaqların dərsi nə qədər keyfiyyətli şəkildə qavramasıdır.
Məktəbin direktoru Sədiyar Xəlilov məktəbin qəzalı vəziyyətini gözardına alaraq, həyətin qapısını işçilərə bağlatdıraraq, şəxsi mal-qarasına otlaq sahəsinə çevirib.
Sakinlər bildirirlər ki, direktorun mal-qarasının ən çox üz tutduğu məkan Şəftəhal kənd orta məktəbinin həyətidir.
Görünür, məktəb həyətinin alaq otlarından təmizlənməməsinin əsas səbəbi budur.
“Məktəbin daxilində ayaqyolu olmadığı üçün uşaqlar təbii ehtiyaclarını həyətdə taxtalardan hazırlanmış ayaqyolunda ödəyirlər.”
Şəftəhal kənd orta məktəbində uşaqların rahatlığının təminatı yolunda yaxşıya doğru kiçik bir addım belə atılmır.
Artıq bu məktəbdə vəziyyət o həddə çatıb ki, uşaqar təbii ehtiyaclarını belə həyətdə taxtadan düzəldilmiş ayaqyolunda ödəyirlər.
Yuxarıda qeyd olunan faktlar bu məktəbdə təhsil alan uşaqların gələcəyinin təhlükə altında olduğunu sübut edir.
Yaxşı şəraitli məktəb orada təhsil alan şagirdlərin keyfiyyətli təhsil almasına və onların dərsləri yaxşı qavramasına təkan verir.
Çox heyf ki, bu qaydalar Şəftəhal kənd orta məktəbi üçün keçərli deyil. Qış aylarında sinif otağında qalın geyimdə oturan, daim xəstələnmə qorxusu iə yaşayan, idman dərsini zaldakı pis şərait səbəbilə keçə bilməyən, soyuq aylarda ayaqyoluna getmək üçün həyətə çıxmağa məcbur olan uşaqlardan gələcəkdə böyük nəticələr gözləmək gülünc olardı.
Yazəlanlarla bağlı Zərdab Rayon Təhsil Şöbəsi və Şəftəhal kənd orta məktəbinin direktoru Sədiyar Xəlilovla əlaqə saxlamaq istəsək də, cəhdlərimiz uğursuz alındı.
Zərdab RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ramo Hacıyev isə bildirdi ki, Şəftəhal kənd orta məktəbinin təmirə ehtiyacı var, amma vəziyyət deyildiyi qədər acınacaqlı deyil.
“Bununla bağlı rayon təhsil şöbəsinə və Təhsil Nazirliyinə müraciət edirik. Daha sora yaradılmış komissiya məktəbin son durumu ilə tanış olur və təmir üçün maliyyə vəsaiti ayrılır. Yaxın zamanlarda Şəftəhal kənd orta məktəbinin təmiri planlaşdırılır. Bundan əlavə, son vəziyyət ilə tanış olması üçün Zərdab RİH-nin nümayəndəsi Şəftəhal kənd orta məktəbinə göndəriləcək.” – deyə Ramo Hacıyev açıqlamasını yekunlaşdırıb.
Zərdabda məktəb direktorundan qanunsuzluq - FOTOLAR
Zərdabda məktəb direktorundan qanunsuzluq - FOTOLAR
Zərdabda məktəb direktorundan qanunsuzluq - FOTOLAR
Zərdabda məktəb direktorundan qanunsuzluq - FOTOLAR
Zərdabda məktəb direktorundan qanunsuzluq - FOTOLAR
Zərdabda məktəb direktorundan qanunsuzluq - FOTOLAR
Zərdabda məktəb direktorundan qanunsuzluq - FOTOLAR

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.