SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Tovuzda təhlükəli məktəb - "Soyuq havalarda müəllimlər siniflərdə odun peçi yandırırlar"

Tovuzda təhlükəli məktəb - "Soyuq havalarda müəllimlər siniflərdə odun peçi yandırırlar"

Tarix:

27-09-2017, 16:23

/ 54 568 dəfə oxundu.
Tovuzda təhlükəli məktəb - "Soyuq havalarda müəllimlər siniflərdə odun peçi yandırırlar"

Tovuz Rayonu İsmayıl Mürşüdov adına Aşağı Quşçu kənd orta məktəbi qəzalı vəziyyətdədir.

Bu barədə Metbuat.az-a məktəbin valideynləri məlumat verib. Bildirilib ki, məktəbdəki pilləkənlər pis vəziyyətdədir. Kənddə qaz olmasına baxmayaraq, məktəbə qaz çəkilməyib. Soyuq havalarda müəllimlər siniflərdə odun peçi yandırırlar.

Sözügedən məktəbin direktoru Əli Abıyev Metbuat.az-a açıqlamasında bildirir ki, məktəbin təmir olunması ilə bağlı məsələ Dövlət Proqramına salınıb:

“Məktəb 1976-cı ildə istifadəyə verlib. İki korpusdan ibarət 3 mərtəbəli binadır. Məktəbin 1176 şagird tutumu var. İnşa olunduqdan sonra cəmi bir dəfə əsaslı şəkildə təmir olunub. Bu, təkcə bizdən asılı olan bir məsələ deyil”.

Şərhlər

XƏBƏR LENTİ