Məktəb direktorundan qanunsuzluq: məktəbin təmirini müəllimlərə etdirir
Bakıda orta məktəb direktorunun müəllimlərdən qanunsuz tələblər irəli sürməyi ilə bağlı səs yazısı yayılıb. İddiaya görə səs yazısı, paytaxtın Səbail rayonu 162 nömrəli tam orta məktəbinin direktoru Arzu Nəzərovaya aiddir. Məktəbin direktoru müəllimlərdən qanunsuz olaraq siniflərin təmir edilməsini tələb edir. Qeyd edək ki, bu tələb qanunsuz olması ilə yanaşı, həm də əsassızdır. Çünki, məktəbin təmiri dövlət tərəfindən aparılmalıdır. Müəllimin vəzifəsi sinifləri təmir etmək yox, orada təhsil alan şagirdlərə bilik öyrətməkdir.
Təhsil Nazirliyindən aldığımız məlumatda da qeyd olundu ki, məcburi şəkildə bu cür tələblər qanunaziddir.
Həmin məktəbdə işləyən müəllimlərdən bir neçəsi direktorun daha bir qanunsuzluğu ilə bağlı redaksiyamıza müraciət edib. Müəllimlər bildirir ki, məktəbin direktoru Arzu Nəzərova avqustun 15-də 114 nəfərdən ibarət müəllim heyyətini məktəbin zalına iclasa çağırıb. Lakin onlardan 60 nəfəri iclasda iştirak edib. Bildiyimiz kimi ölkədəki pandemiya ilə bağlı qapalı yerlərdə sıx toplaşma qadağan edilib. Lakin direktor buna əhəmiyyət verməyərək müəllimləri iclasa çağıraraq onların sıx toplaşmasına şərait yaradıb. Bu isə virusun yayılmasında real təhlükə yaradır.
//Avtosfer.az//

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək