4 kəndin tövləyə bənzər məktəbi - Burası Lerikdir
Lerik rayonu Soru kənd Təhsin Cəfərov adına tam orta məktəbin binası acınacaqlı gündədir.
Yenicag.az xəbər verir ki, Soru kənd Təhsin Cəfərov adına tam orta məktəbdə Soru kənd sakinlərindən başqa yaxınlıqda yerləşən 4 kəndin 10-11-ci sinif şagirdləri də təhsil alır.
Belə ki, Əliabad, Camaşəir, Ərdəbilə kəndlərində məktəb 9 illik olduğu üçün adı çəkilən kəndlərin 10-11-ci sinif şagirdləri Soru kənd Təhsin Cəfərov adına tam orta məktəbdə təhsil alırlar.
Təhsil ocağından universitetə qəbulun yüksək olduğu deyilsə də, məktəbin binası normal vəziyyətdə deyil. Fotolardan da görəcəyiniz kimi məktəbin binası təmirsizdir. Bununla yanaşı binanın pəncərələrinin bəziləri şüşə yerinə polietelinlə örtülüb. Kənd sakinlərinin sözlərinə görə, məktəb binası kənardan tövləni xatırladır.
“Məktəblərin əsaslı təmiri və yeni məktəb binalarının inşası” ilə bağlı dövlət proqramına əsasən ölkənin bir çox yerlərində məktəblər əsaslı təmir olunub. Ancaq Soru kənd tam orta məktəbi bu proqramdan öz nəsibini almayıb.
Kənd sakinləri istəyi məktəblərinin əsaslı təmir edilməsidir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...