SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Prezidentlərin Moskva görüşü.. - Azərbaycanın əsas gözləntiləri nədir?

Prezidentlərin Moskva görüşü.. - Azərbaycanın əsas gözləntiləri nədir?

Tarix:

11-01-2021, 11:54

/ 854 dəfə oxundu.
Prezidentlərin Moskva görüşü.. - Azərbaycanın əsas gözləntiləri nədir?

Rəsmi Yeravan verdiyi bəyanatlarla cəmiyyəti sakitləşdirmək istəyir, yoxsa başqa planları var?..
Politoloq: “Prezidentlərin görüşündə müzakirə olunacaq əsas məsələ Mehri yolunun açılması məsələsidir”.

“Azərbaycanın sülhməramlılar ilə bağlı bir sıra təklifləri və iradları var. Bu sülhməramlıların səlahiyyət hədlərini aşması və bölgədə özbaşına atdıqları addımlardır”.

Bu sözləri politoloq Qabil Hüseynli bu gün Moskvada Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi bu gün prezident İlham Əliyev, Putin və Paşinyan arasında üçtərəfli danışıqlar aparılacaq.

Kremlin yaydığı məlumatda bildirilir ki, görüşdə Qarabağ probleminin həll ilə bağlı müzakirələr aparılması planlaşdırılır. Həmçinin müharibədən əziyyət çəkən insanlara kömək göstərilməsi də müzakirələrin əsas mövzularından biri olacaq.

Rusiya prezidenti Azərbaycan və Ermənistan liderləri ayrıca görüşlər də keçirəcək.

Moskva dünən prezidentlərin görüşünü xəbər verəndən sonra isə Ermənistan tərəfi baş nazir Nikol Paşinyanın Moskvada ərazi məsələsi ilə bağlı heç bir sənədi imzalamayacağını, yalnız komunikasiya xəttlərinin açılması və regional daşımaçılıq mövzularının müzakirə edəcəyini bəyanatını verdi.

Prezidentlərin görüşündən gözləntilər nədir və ümumiyyətlə Azərbaycan bu görüşdə əsas hansı məsələləri vurğulamalıdır? Həmçinin rəsmi Yeravan verdiyi bəyanatlarla cəmiyyəti sakitləşdirmək istəyir, yoxsa başqa planları var?

Prezidentlərin görüşünü PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Laçın rayonunu ərazisində olan buraxılış məntəqəsinə Azərbaycan ordusunun da nəzarət etməsi məsələsi gündəmə gələcək”.

Gələcək sülh sazişinin prinsiplərinin də görüşdə müzakirə ediləcəyini vurğulayan politoloq bildirib ki, sülh planının detalları böyük ehtimalla gizli tutulacaq:

“Prezidentlərin görüşündə müzakirə olunacaq əsas məsələ Mehri yolunun açılması məsələsidir. Bunu Türkiyə, Rusiya, Azərbaycan, hətta Ermənistanın özü hamıdan çox istəyir. Bundan başqa əsir və itkin düşənlərin axtarışı, təhvil verilməsi ilə bağlı Ermənistanda güclü həyəcan var. Yəqin ki, Paşinyan bu məsələni görüşdə qaldıracaq. Bildiyimiz kimi Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevlə Ermənistanın Təhlükəsizlik Xidmətinin rəisi neytral zonada iki dəfə görüşüblər. Onların yenidən görüşü nəzərdə tutulur.

Həmçinin Azərbaycanın bu görüşdə qaldıracağı məsələlər arasında Laçın koridoruna ciddi nəzarət edilməsi məsələsi də var. Həm də Laçın rayonunu ərazisində olan buraxılış məntəqəsinə Azərbaycan ordusunun da nəzarət etməsi məsələsi gündəmə gələcək. Yəqin ki, bundan sonra həmin ərazidə Rusiya sülhməramlıları ilə birgə Azərbaycan ordusu da gediş-gəlişə nəzarət edəcək.

Qabil Hüseynli: “Ermənistan cəmiyyətində isterika qalxmasın, deyə müəyyən məsələlərin bəyan edilməsi nəzərdə tutulmur”.

Məlumdur ki, Azərbaycanın sülhməramlılar ilə bağlı bir sıra təklifləri və iradları var. Bu sülhməramlıların səlahiyyət hədlərini aşması və bölgədə özbaşına atdıqları addımlardır. Məsələn onlar Ermənistan Xarici İşlər nazirini Xankəndinə buraxdı. Sülhməramlıların komandiri ilə Araik Arutyunyanın görüşü və bu zaman qondarma respublikanın bayrağının Rusiya bayrağının yanında görünməsi məsələyə diqqət tələb edən tərəflərdəndir. Azərbaycan tərəfi Araik Arutyunyanı cinayətkar hesab edir və onun Azərbaycana verilməsini tələb edir. Eyni zamanda da həmin ərazilər Azərbaycanın inzibati ərazisi olduğuna görə oraya gələn şəxslər Rusiya sülhməramlı qüvvələrindən deyil, Azərbaycandan razılıq almalıdırlar. Əgər Azərbaycan Laçında olan yoxlama məntəqəsində gediş-gəlişə nəzarət edə bilsə, bu məsələni qaydaya sala biləcək.

Əlbəttə ki, gələcək sülh sazişinin prinsipləri də müzakirə ediləcək. Amma hesab edirəm ki, sülh planının detalları böyük ehtimalla açıqlanmayaxaq. Çünki sülh prinsiplərində geniş məsələlər nəzərdə tutulub. Sadəcə olaraq Ermənistan cəmiyyətdə isterika qalxmasın, deyə müəyyən məsələlərin bəyan edilməsi nəzərdə tutulmur. Məsələn Kərki kəndinin Azərbaycana və yaxud Rusiya qaytarılacağı haqqında geniş açıqlama verilmir. Yəqin ki, bu kimi problemlər zamanla, iqtisadi əlaqələrin yaranması ilə oz həllini tapacaq”.

Şərhlər

XƏBƏR LENTİ