Əliyev-Sarkisyan görüşü ilə bağlı razılıq əldə olundu
ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin görüşü ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:
-ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endryu Şefer (ABŞ) Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov və Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan ilə BMT-nin Baş məclisinin 72-ci sessiyası çərçivəsində təkbətək və birgə görüş keçiriblər. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.
Danışıqların əsas məqsədi münaqişə zonasında mövcud vəziyyətlə bağlı müzakirələr aparmaq, danışıqlar prosesini aktivləşdirmək, Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün təşkilinin müzakirəsi olub.
Həmsədrlər ümid edirlər ki, yüksək səviyyəli görüşün keçirilməsi nizamlanmanın digər əsas məsələləri üzrə kompromis qərarların axtarışında tərəflər arasında etibar və siyasi iradənin möhkəmləndirilməsinə kömək edəcək.
Nazirlər prezidentlərin yaxın gələcəkdə görüşünün təşkilində həmsədrlərlə əməkdaşlığa hazır olduqlarının ifadə ediblər.
Həmsədrlər, yerlərdə və danışıqlar prosesindəki son vəziyyəti müzakirə etmək və prezidentlərin növbəti görüşünə hazırlığa dair məlumat vermək üçün ATƏT-in baş katibi Tomas Qreminger və BMT baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltmanla görüşüblər.
ATƏT-in Minsk Qrupunun həmsədrləri oktyabrın əvvəlində regiona səfəri etmək niyyətindədirlər.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...