XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » Polşada yerləşən Azərbaycan səfirliyinin qarşısında bir qrup Azərbaycanlı tələbə aksiya keçirib

Polşada yerləşən Azərbaycan səfirliyinin qarşısında bir qrup Azərbaycanlı tələbə aksiya keçirib

Polşada yerləşən Azərbaycan səfirliyinin qarşısında bir qrup Azərbaycanlı tələbə aksiya keçirib
10-07-2017, 14:47

Bu gün 10 İyul 2017 ci ildə Polşada yerləşən Azərbaycan səfirliyinin qarşısında bir qrup Azərbaycanlı tələbə aksiya keçirib.Aksiya iştirakçılarının sosial şəbəkələrdə yaydıqları məlumata görə, onlar Azərbaycanda baş verən haqsızlığa, özbaşnalığa və polis zorakalığına qarşı etirazlarını bildiriblər. Aksiya iştirakçıları çıxışları zamanı qeyd ediblər ki, Azərbaycanda despot bir hakimyyət var. Hakimiyyət ölkə həbsxanalarını siyasi məhbuslarla doldurub. Ölkədə 168 dən çox siyasi məhbus var və gənclər ölkəni tərk etmək məcburiyyətində qalıb. Belə ki, bu rejimə qarşı gedən şəxslər həbs olunaraq, polis bölmələrində işgəncələrə məruz qalır. Sutkalıq həbsə atılır və cinayət işi açılaraq bir neçə illik həbs həyatı yaşamağa məhkum olur. Azərbaycanda müxalif qismin üzvlərindən 100 nəfərdən 30-u bu işgəncələrə, həbslərə məruz qalıb və bu gündə onıara qarşı represiyalar davam etməkdədir. Ona görə, də biz gənclər avropaya və digər ölkələrə məcburiyyət qarşısında qalıb qaçırıq həmçinin həmin ölkdən sığınacaq alırıq. Biz azad düşüncəli insanlar ləyaqətli cəmiyyətdə yaşamaq istəyirik ancaq buna imkan vermirlər. Ölkəmizdə yaşayaq, yaradaq biz bütün ölkədə baş verən özbaşnalığa dur demək üçün Polşada yerləşən Azərbaycan səfirliyinin önündəyik aksiyalarımız davam edəcək.
Burda Polşada yaşayan gənclər Azərbaycan səfirliyindən tələb edirik ki, Azərbaycan hakimyyətinə çatdırsın ki, bizim aksiyalarımız davamlı olacaq və haqq səsimizi dünyaya çatdıracağıq. Bütün dünyada yaşayan Azərbaycanlılarda yaşadığı ölkənin səfirliklərin önünə gedərək aksiya keçirsinlər. Azərbaycan bizimdir və ölkəmizə sahib çıxmayılıyıq deyə aksiyaçılar bildirilib.Polşada yerləşən Azərbaycan səfirliyinin qarşısında bir qrup Azərbaycanlı tələbə aksiya keçirib
Polşada yerləşən Azərbaycan səfirliyinin qarşısında bir qrup Azərbaycanlı tələbə aksiya keçirib

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.