SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Ermənistan prezidentinə qarşı xiyarla aksiya keçirildi - VİDEO

Ermənistan prezidentinə qarşı xiyarla aksiya keçirildi - VİDEO

Tarix:

5-07-2022, 16:30

/ 307 dəfə oxundu.
Ermənistan prezidentinə qarşı xiyarla aksiya keçirildi - VİDEO


İrəvanda “Müqavimət” hərəkatının iştirakçıları Konstitusiya Məhkəməsinə doğru yürüş təşkil edib.

Xalqxeber.az erməni KİV-ə istinadən xəbər verir ki, daha sonra isə müxalifət nümayəndələri prezident iqamətgahı qarşısında etiraz aksiyası keçiriblər.

Belə ki, aksiya zamanı etirazçılar iqamətgahın qarşısını xiyarlarla doldurub. Müxalif Sevak Nazaryan etirazlarında xiyardan istifadə etməsinin səbəbini jurnalistlərə açıqlayıb:

"Prezident Konstitusiyanın təminatçısıdır. O, Ermənistanda bostan-tərəvəz təmsilçisidir, heç bir iş görmür və yalnız bir nəfərin göstərişinə əməl edir. Biz onun fəaliyyətsizliyinin simvolu olaraq bu tərəvəzi ona gətirmişik. Bu jestimizdə hər hansı şəxsi təhqir yoxdur", - deyib.

Şərhlər

XƏBƏR LENTİ