Minlərlə insan Sarkisyana qarşı: - İrəvanda oturaq aksiya keçiriləcək
Ermənistanda "siyasi məhbus" Artur Sarkisyanın həbsxanada ölməsi ölkəni bir-birinə qatıb. Son günlər etirazlar səngimir, minlərlə insan paytaxt İrəvanda ayağa qalxaraq Sarkisyan hakimiyyətinə qarşı çıxıb. Erməni KİV-nə istinadən xəbər veririk ki, ötən gün nümayişçilər oturaq aksiya keçirmək qərarına gəliblər.
Etirazçılar Sarkisyanın Qarabağ döyüşlərində ölən hərbçilərin qəbiristanlığında dəfn edilməsini tələb edirlər. Məhz bu tələblə bu gün Bakı vaxtı ilə saat 19:00-da İrəvanın Azadlıq meydanında oturaq aksiya olacaq.
Qeyd edək ki, ötən gün Ermənistanın paytaxtı İrəvanda minlərlə sakinin iştirakı ilə etiraz aksiyası keçirilib. On minlərlə etirazçı ölkə prezidenti Serj Sarkisyanın əleyhinə şüarlar səsləndirərək İrəvanın mərkəzi meydanına doğru hərəkət edib.
Nümayişçilər "siyasi məhbus" Artur Sarkisyanın ölümünsə Sarkisyanı ittiham ediblər. Etiraz aksiyasında müxaliflərlə yanaşı sadə vətəndaşlar da iştirak edib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...