XalqXəbər.Az

XalqXeber.Az » Siyasət » Zeynal Nağdəliyev vitse-prezident təyin oluna bilər

Zeynal Nağdəliyev vitse-prezident təyin oluna bilər

Zeynal Nağdəliyev vitse-prezident təyin oluna bilər
13-02-2017, 12:19

Prezident Administrasiyasında Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdiri Zeynal Nağdəliyev vitse-prezidentliyə namizəd ola bilər

Bu haqda daxil olan məlumatlarda iddia olunur ki, regionların idarəetməsi üzrə kurator olan təcrübəli dövlət xadiminin bu 6 postdan birinə təyinatı gözləniləndir.

Zeynal Nağdəliyev dövlət idarəçiliyində kifayət qədər təcrübəli, müsbət reputasiyaya malik kadrdır.

Onun barəsində korrupsiya və mənimsəmə ittihamlarına, MTN işi, Gülən məsələsi və s. bu kimi neqativ hadisələrə adına rast gəlinməyib. Z.Nağdəliyev etibarlı və təcrübəli dövlət məmuru statusu qazanıb

Mənbə iddia edir ki, prezidentin etimad göstərdiyi kadrlardan olan və Lənkəranın icra hakimi vəzifəsindən bu posta qədər yüksələn Z.Nağdəliyevin vitse-prezident təyin olunacağı istisna edilmir. Düzdür, bu posta iddialı dövlət məmurları və nazirlər çoxdur.

İqtidar düşərgəsində birmənalı qarşılanan və heç bir qruplaşma ilə konflikti olmayan adıçəkilən bu məmurun vitse-prezidentlik şansları yüksəkdir.

Əslində, hakimiyyət daxilində hələ də vitse-prezidentlərin kimlərin olacağı dəqiqləşməyib. Bu təyinatların verilməsi səlahiyyəti prezidentə aiddir.

Ən çox şansı olanlardan prezidentin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovdur.

Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri, birinci dərəcəli Dövlət müşaviri Novruz Məmmədovun da vitse-prezidentliyə namizəd olduğu iddia edilir.

Eyni zamanda İqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri Vahid Axundovun da namizəd olduğu xəbər verilir. Azərbaycanda referendumdan sonra vitse-prezidentlərin təyinatı olmadı.

Aprelin 12-də nəzərdə tutulam vitse-prezident təyinatı ilin əvvəlində gerçəkləşə bilər. Bu erkən qərarlar məhz regiondakı geosiyasi hadisələrin gedişatından asılıdır. Hakimiyyət bu məsələni yubatmaq istəyirdi. İqtidar vitse-prezident təyinatında tələsmirdi.

Ona görə də bəzi nazirlərin arasındakı kompromat savaşında da durğunluq müşahidə edilirdi. Ancaq yeni siyasi mərhələ başlanır və rəsmi Bakının daxili siyasətində qərarlar sürətlənə bilər.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.